"Bu il Azərbaycanla Banqladeşin XİN-i arasında ilk siyasi məsləhətləşmələr keçiriləcək”.

 

APA-nın məlumatına görə, bunu Banqladeşin Azərbaycandakı səfiri Allama Siddiki bildirib. "Hökumətlər bir araya gəlməsə, iki xalqı bir-birinə yaxınlaşdırmaq çətin olacaq. Xırda və orta sahibkarlar, maliyyə institutları bir yerdə işləsələr, bir-birimizdən çox şey öyrənə bilərik”, - deyə o, söyləyib.

 

Səfir deyib ki, Azərbaycan və Banqladeş istər BMT, istərsə də İƏT çərçivəsində dost ölkələrdir və bir-birini dəstəkləyir. O, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini bölüşdüklərini vurğulayıb: "Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Dünya ictimaiyyətinin münaqişə ilə bağlı tanıdığı faktları və rəqəmləri biz də bölüşürük. Biz münaqişənin sülh yolu ilə nizamlanmasını və insanların əziyyətlərinə son qoyulmasını istəyirik”.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300