Türkiyənin təkcə xaricini deyil, daxilini də parçalamaq istəyənlər var.

 

Axar.az xəbər verir ki, bunu İran mətbuatına müsahibəsində məşhur türkiyəli siyasətçi Həsən Cəlal Gözəl söyləyib.

 

O, Türkiyənin türk və islam dünyasının lideri olduğunu bildirib:

 

"Türkiyənin xarici olan Suriyanı bölmək istəyirlər. İraqı onsuz da bölüblər. Bir tərəfdən isə Türkiyənin cənub-şərqində spekulyasiyalar edirlər. Əllərindən gəlsə, bu lazdır, çərkəzdir, gürcüdür deyə ayıracaqlar. Bu gün PKK-nın mövqeyini tutan kürdlər belə Türkiyədən ayrılıb, müstəqil dövlət yaratmaq istəmirlər. Türkiyə son 15 ildə çox dəyişib. Əvvəllər NATO-nun kölgəsi kimi davranırdıq. Avropa Birliyi və Qərbin kölgəsi yerinə artıq müstəqil siyasət yeridən ölkəyə çevrilmişik. Qərbin gözündə artıq təhlükəli dövlət olmağa başlamışıq. Qərb xaçpərəst zehniyyətini hələ də dəyişdirməyib. İstəkləri də bu şərait içərisində Türkiyəni bölməkdir. Beləliklə, 800 min kvadrat kilometrlik, 80 milyonluq ölkə yerinə gücü azalmış Türkiyə ortaya çıxmalıdır. Türkiyə deyəndə ağla ilk bu ərazi və əhali gəlmir. Xatırlanan ilk şey 300 milyonluq türk dünyası və 1,8 milyardlıq islam dünyasıdır. Kimin nə deməyindən asılı olmayaraq, Türkiyə bunların lideridir. Təsəvvür edin ki, bütün bu dövlətlər toplaşıb, islam başsızdır deyə xəlifə seçirlər. Bunu Səudiyyə Ərəbistanı və Malaziyadan seçməyəcəklər. Türkiyə təbii ki, lider ölkədir. Türk dünyası da getdikcə Türkiyə ilə ittifaqa girir. Azərbaycan və Qazaxıstanla tam olaraq qardaşlıq münasibətimiz var. Özbəkistanla problemimiz var, amma onlardan da türk dünyasına inteqrasiya edilmələrini gözləyirəm. Türkiyə türk dünyası və islam dünyası deməkdir. Bunu bildikləri üçün bütün güclər Türkiyənin üzərinə gedir”.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300