Ölkədə iqtisadi böhranın yaşandığı bir vaxtda iqtidar-müxalifət dialoqu gündəmə gəlib.

Bəzi siyasi partiyalar iqtidar-müxalifət görüşünün olmasını istəsə də, bir neçə siyasi partiyalar var ki, dialoq üçün şərtlər irəli sürürlər.

Politoloq Qabil Hüseynli iqtidar-müxalifət dialoqu barədə fikirləriniÖlkə.Az-la bölüşüb:

"Müxalifət cəmiyyətin vacib atributudur. Düzdür, müxalifət Azərbaycanda çox zəifdir və ictimai proseslərə təsir imkanları xeyli zəifləyib. Bununla yanaşı düşünürəm ki, ölkənin indiki durumunda belə bir görüşlərin keçirilməsinə ehtiyac var. Ona görə ki, ölkənin indiki durumu ümummillidir. Burada iqtidarçılıq, müxalifətçilik etmək düzgün deyil. Bu məsələyə ümummilli kontekstdən yanaşmaq lazımdır.

Belə görüşlər cəmiyyətin legitimliyini möhkəmləndirir, xüsusilə ermənilərin son dövrlərdə atəşkəslə bağlı söylədikləri fonunda Azərbaycanın milli problemlərə münasibətdə yetkinliyinin formalaşdırılmasına böyük ehtiyac var.

Müxalifət hazırda pərakəndədir. Müxalifətin vahid siyasi düşərgəsi yaradılmalıdır və bundan sonra onlar iqtidarla danışığa getməli, dialoq məsələsini qaldırmalıdır. İndiki kimi pərəkəndə şəkildə iqtidar-müxalifət dialoqunu keçirmək mümkün olmayacaq".

Qeyd edək ki, yola salacağımız ildə iqtdar-müxalifət dialoqu keçirildi, ancaq bu dialoqlara özlərini əsl müxalifət adlandıran Müsavat və AXCP qatılmadılar.

Səxavət Məmməd

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300