Yanvarın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsi qanunsuz narkotik dövriyyəsində ittiham olunan NİDA Vətəndaş Hərəkatının fəalı Elgiz Qəhrəmanlının 5 il 6 ay azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb, – "Amerikanın səsi” məlumat verir.

Prokuror fəala 6 il həbs istəmişdi.

Elgiz Qəhrəmanlı 2016-cı il avqustun 12-də saxlanılıb və həmin gün onun barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi ilə həbs qəti imkan tədbiri seçilib.

Qəhrəmanlı ittihamı qəbul etmir və həbsinin fəaliyyəti ilə bağlı olduğunu bildirib.

Qəhrəmanlının həmfikirlərinin dediyinə görə, o facebook-da prezident İlham Əliyevin oğlunun Şah İsmayılla müqayisəsinə istehza əks olunan statusundan sonra saxlanılıb.

Vəkillər ittihamın məhkəmədə sübuta yetirilmədiyini bildirib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300