"Təfəkkür" Universitetinin bağlanmasını təhsil eksperti Kamran Əsədov şərh edib.

 

Ekspert hesab edir ki, bu universitetlərin təhsil sahəsində açdığı yaralar çətin ki uzun müddət unudulsun: "Son belə ağır zərbəni Azərbaycan Beynəlxalq Universiteti vurmuşdu. Ondan sonra insanların özəl ali təhsil müəssisələrinə inamı azalmışdı.


Daha sonra bağlanan universitetin tələbələri başqa özəl universitetlərə köçürüldü. Bu siyahıya "Təfəkkür" Universiteti də daxil olur. Bu, gözlənilən idi. 2016-ci ildə ali məktəblərə qəbul imtahanlarından sonra plan yerlərinə yetərincə abituriyent toplaya bilməyən universitetin bağlanacağı qaçılmaz idi.


Təsəvvür edin, "Odlar Yurdu" Universiteti 2016-cı ildə elan etdiyi plan yerinin cəmi 11 faizinə tələbə qəbulu apara bildi, 89 faiz yer boş qaldı”.


Kamran Əsədov deyir ki, "Təfəkkür" Universitetinin aqibətini Kooperasiya Universiteti də gözləyir: "Aparılan sorğulardan da məlum olur ki, tələbələrin böyük əksəriyyətinin "Odlar Yurdu", "Təfəkkür" və Kooperasiya universitetilərindəki smestr imtahanlarından böyük narazılığı var. Bu ali təhsil müəssisələrində tələbələrin öz savadları ilə imtahanlarda müsbət qiymətlər alması mümkün deyil. Amma xarici ölkələrdən tələbələrin böyük hissəsinin bu universitetlərə köçürmə alması onları ayaqda saxlayan amillərdən idi.


Bu ildən Azərbaycan ərazisində tələbə köçürülməsi vahid qaydada Təhsil Nazirliyi tərəfindən həyata keçiriləcəyinə görə onlar bu gəlirdən də məhrum oldular.


Dünyada ali təhsil müəssisələrinin gəlirinin böyük hissəsi onların ixtiraları, bizdə ancaq tələbənin təhsilhaqqı hesabına formalaşır”.


Ekspert qeyd edib ki, hazırda Azərbaycanda 54 ali təhsil müəssisəsi fəaliyyət göstərir. Bir neçə universitetin bağlanması ali təhsil sahəsinə o qədər də böyük təsir göstərməyəcək: "Bu, digər universitetlərin rəqabət qabiliyyətinin artırılmasına xidmət edəcək.


Özəl ali təhsil müəssisələrinin böyük əksəriyyəti ailə üzvlərinin idarə etdiyi qəbiləni xatırladır. Rektordan tutmuş qapıçıya qədər hamısı qohumdur. Əlbəttə, belə mühitdə təhsil inkişaf edə bilməz”.


İlhamə ƏBÜLFƏT, teleqraf.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300