Bəzi araşdırmalara əsasən WhatsApp-dakı nöqsan nəticəsində bu tətbiq vasitəsilə göndərilən bəzi mesajları üçüncü tərəf oxuya bilər.

Nöqsan, WhatsApp-ın mesajları necə şifrələdiyinə görə əmələ gəlir.

Təhlükəsizlik eksperti Thomas Boelter aşkar edib ki, şifrələmə kodlarının yenilənməsinə ehtiyac yarananda mesajları gizlincə oxumaq mümkün olur.

Cənab Boelter WhatsApp-a sahib olan Facebook şirkətinə bu barədə 2016-cı ilin aprel ayında məlumat verib, lakin Facebook nöqsanın həlli üzrə işləmədiyini deyir.

Onun aldığı cavabda deyilir ki, bu hal gözləniləndir.

"Arxa qapı”?

"The Guardian” qəzetinə danışan məxfilik fəallarına əsasən bu nöqsan söz azadlığını "böyük təhlükə” altına qoyur. İddia olunur ki, hökumətlər və ya hakimiyyət orqanları bu qüsurdan istifadə edərək, məxfi yazışdıqlarını düşünən adamları izləyə bilər.

WhatsApp bu cür iddialara və araşdırmaya reaksiya olaraq bəyanat verib. Şirkət deyir ki, qüsur, istifadəçilərin yazışmalarını oxumaq istəyən hökumətlərə şərait yaratmaq üçün bilərəkdən qoyulan "arxa qapı” deyil.

"Bu iddia səhvdir”, şirkət deyib. "WhatsApp hökumətlər üçün öz sisteminə "arxa qapı” yaratmır və arxa qapının yaradılmasını istəyən hər hansı hökumətə qarşı mübarizə aparardı”.

Nöqsan necə baş verir?

Bu qüsur, şifrələmə kodlarının yenilənməsinə ehtiyac yarananda əmələ gəlir.

Cənab Boelter aşkar edib ki, bəzi hallarda hücumçular yalandan özlərini mesajı alan şəxs kimi göstərərək WhatsApp-ı şifrələmə kodlarını yenidən göndərməyə məcbur edə bilər,

Bu sistemi manipulyasiya edə bilən hücumçular yazışmaları oxuya bilər, cənab Boelter deyir.

WhatsApp öz bəyanatında deyib ki, əks halda itiriləcək milyonlarla mesajı qorumaq üçün bu qərarı verib.

(bbc azəri)

 

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300