"2016-cı ildə neftin orta qiyməti bir barrel üzrə 50 dollar olacaq”.

"Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə azərbaycanlı milyarder, "Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərov bildirib.

Onun sözlərinə görə, Direktorlar Şurasının toplantısında artıq bu məsələ müzakirə olunub: "Biz kollektiv şəkildə bu məsələni müzakirə etdik. Bu rəqəmin 30-40 dollar olacağını da ehtima edirik. Lakin əminliklə deyə bilərəm ki, 2016-cı ildə neftin orta qiyməti bir barrel üzrə 50 dollar, hətta, ondan da yüksək ola bilər”.

V. Ələkbərov həmçinin, qeyd edib ki, şirkət Baltikyanı ölkələrdə qalmış aktivləri satmaq qərarına gəlib: "Hazırda bizim Litva və Latviyada olan aktivlər satışdadır. Bu ölkələr Rusiya əleyhinə olduğu üçün biz Direktorlar Şurasında qərar verdik ki, bu dövlətlərin ərazisindən çıxaq”

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300