Türkiyə parlamentində "erməni soyqırımı” məsələsi qalmaqala səbəb olub.

 

Axar.az xəbər verir ki, qalmaqal Xalqların Demokratik Partiyasından olan erməni millət vəkili Qaro Paylanın çıxışı zamanı yaşanıb. Konstitusiya dəyişikliklərinin müzakirə edildiyi məqamda Paylan Osmanlı dönəmində ermənilərə qarşı "soyqırım” törədildiyini bildirib. Ermənilərin ayrı-seçkiliyə məruz qaldığını iddia edən Paylana qarşı parlamentdə sərt etirazlar səsləndirilib. Millət vəkilləri Paylanın çıxışını sona qədər davam etdirməsinə izn verməyiblər.

 

Çıxışa öncə Milliyətçi Hərəkat Partiyası, daha sonra isə Ədalət və İnkişaf Partiyası masalara vuraraq etiraz edib.

 

Bundan sonra parlamentin iclasına 10 dəqiqəlik fasilə verilib. Fasilədən sonra müzakirələr yenə davam edib. Paylanın mövqeyini AKP, MHP və CHP sərt tənqid edib. HDP isə digər partiyaları Paylanın danışmağına izn verməməkdə günahlandırıb. Daha sonra millət vəkilləri Paylanın parlamentin 3 iclasına buraxılmaması haqqında qərar qəbul ediblər.

 

Paylandan sonra çıxış edən MHP millət vəkili Yusif Halaçoğlu isə Paylanı sərt tənqid edib. O, "erməni soyqırımı” anlayışının olmadığını, ermənilərin hər dəfə bu müzakirələr gələrkən ortadan qaçdığını deyib. Halaçoğlu daha sonra tarixi faktlarla erməni millət vəkilinin bütün iddialarını darmadağın edib.


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300