Çinin Sıçuan əyalətinin 75 yaşlı sakininin ürəyi
dayandığından doğmaları onun öldüyünü düşünərək dəfnə hazırlaşıblar.
Uluyol.info Pressday.az-a istinadən bildirir ki,
qoca kişi hətta basdırılmaq üçün tabuta da qoyulub.
Daha sonrakı qəribəlik ondan ibarət olub ki, tabutun qapağı daima yerindən
oynayıb. Doğmaları isə sadəcə, qapağı yerinə qaytarmaqla, bunun elə-belə baş
vermədiyi haqda düşünməyiblər.
Nəhayət, onlar qapağı götürməli olublar. Bu zaman gücsüz, ancaq sağ babanı
görüblər. O, sağ olduğunu söyləməyə çalışıb.
"Nə baş verir?”, - kişi bu deyimlə doğmalarını salamlayıb.
Uluyol.info