3 fərqli uşağın, 3 fərqli hekayəsi...

 - Şirin-şirin yatan 6 yaşlı Jerri yuxudan oyanıb yerində oturandan sonra səbəbsiz yerə qışqırıb ağlamağa başladı.Mammiiii... Anası mətbəxdən tez gəldi. Jerrinin sarı saçlarını sığallayıb öpərək qucağına aldı. Uşağı vanna otağına apararaq əl-üzünü yudu. Dişlərini firçalayıb mətbəxə apardı. Jerri hələ də mızıldanırdı. Anaa hanı mənim şokoladım?!- deyə Jerri bağırdı. 

-Süd iç mənim balam sənə şokolad olmaz, həkim icazə vermir axı.

- Yox! Men şokolad istəyirəm deyib ağlamağa başladı.

Anası uşağın mavi gözlərindən axan yaşı sildi və məcbur soyuducudan şokolad götürüb uşağa verdi. Ərköyün uşaq stuldan düşüb otağına qaçdı. Onun otağında bahalı uşaq mebeli və bahalı oyuncaqlar vardı. Zövqlə bəzədilmiş, əsl uşaq otağı idi. Jerri ağlayaraq aldırdığı oyuncaqları ilə bir az oynadıqdan sonra hamısını bir tərəfə atıb, yazı stoluna yaxınlaşdı. Yazı stolu pəncərənin qabağında qoyulmuşdu. Üstündə rəngli qələmlər, rəngli vərəqlər və dəftər vardı. Biraz da rəngli qələmlərlə dəftərin vərəqlərini korladıqdan sonra aşağı düşüb küsgün-küsgün oturdu...

 

- Camal və Sürəyya artıq iki gün idi ki, ac idilər. Atalarını döyüşdə, analarını partlayışda itirmişdilər. Böyük bacıları isə kimyəvi silahdan zəhərlənmiş bir neçə gündən sonra o da uşaqların gözlərinin qarşısında can vermişdi.. İndi qohum, qonşu və həmyerlilərinə qoşularaq Türkiyə sərhəddinə,ölkədən çıxmaq üçün gəlmişdilər. Növbə hələdə onlara çatmamışdı. Ən pisi isə o idi ki, bütün tanışlarından uzaq düşmüşdülər. Camal növbəni itirməmək üçün yerini tərk edib yemək axtarışına gedə bilmirdi. Getsə kimsə növbəsini tutar bacısından ayrı düşərdi. Sürəyya çox balaca idi. Onu yemək üçün göndərə bilməzdi. 4 yaşlı uşaq nə tapa biləcəkdiki? Heç birinin halı yox idi. Nə yaxşiki bir neçə dəqiqə sonra sərhəddi keçəcəkdilər. Bu fikir 12 yaşlı Camala güc verirdi və bacısına tez-tez az qaldi çatırıq deyirdi. Budur artıq keçdilər. Sərhəddi keçərkən bir türk əsgəri onların halını görüb onlara yaxınlaşdı. Əlindəki su şüşəsini Camala uzatdı. Camal suyu alıb əvvəlcə bacısına verdi. Bu dəm Suriyalı qonşuları da sərhəddi keçdi və onlara yaxınlaşdı. Əlindəki torbadan çörək və közdə bişmiş kartof çıxardı. Hər iki uşağa yarı bölüb çörək və kartof verdi. Qadın uşaqların çörəyi və kartofu necə yeməklərinə baxıb kövrəldi. Artıq hava qaralmışdı. Birazdan yenə yola düşdülər. Hansısa tanımadıqları küçəyə gəldilər. Bütün sərhəddi keçənlər kimi, Camal və Sürəyya da hələki bu gecə səkidə yatacaqdılar...

 

- Sevil nəhayət, ikinci sinif Azərbaycan dili kitabındakı şeirini əzbərləyib kitab əlində anasının yanına qaçdı. Arzu xanım kitabı qızından alıb, şeiri necə əzbərləməsini dinlədi. Razı qaldığını bildirdi və Sevilə iş tapşırdı: Get, kitab dəftərini səliqəyə sal, əlini yu, stola çörək, boşqab,qaşıq qoy, stolu aç gəlib yeməyi çəkəcəm. Artıq şam yeməyinin vaxtıdır. Sevil qaçıb təxmini on dəqiqə ərzində anasının bütün dediklərini etdi. Anası yeməyi gətirdi və bütün ailə üzvlərini süfrəyə çağırdı. Onlar birlikdə şam etdilər. Yeməkdən sonra Sevil stolu yığmaqda anasına kömək etdi və balaca qardaşı Raufla birlikdə yataq otağına keçdi. Onun 5 yaşı vardı. Gələn il məktəbə gedəcəkdi. Anası Raufa dəftər, qələm almışdı. Sevil hər axşam öz dərslərini hazırlayandan sonra balaca qardaşına vaxt ayırırdı,artıq on hərf yazmağı öyrətmişdi. Onlar yataq otağındakı balaca stolda bir saat dərslə məşğul olduqdan sonra qonaq otağına keçdilər. Ataları radionu sındığı üçün söküb yenidən təmir etməyə çalışır, anaları isə paltar ütüləyirdi. Rauf atasına radionu təmir etməkdə, Sevil isə anasına paltarları yerinə yerləşdirməkdə kömək etdi.

 

SƏMAYƏ BAYRAMOVA

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300