Dolların bahalaşmasından 11 min manat qazanmışam.

 

Axar.az xəbər verir ki, bunu jurnalist Aynur Qurbanqızı Feysbuk səhifəsində yazıb.

 

Hazırda "Azadqadin.az” saytının təsisçisi olan xanım yazarın sözlərinə görə, manatın üzən məzənnəyə keçidindən iki gün qabaq yaşadığı mənzili bankda girov qoyub.

 

Bunun qarşılığında 21 min manat kredit götürüb. A.Qurbanqızı qeyd edib ki, həmin vəsaiti dollara çevirərək depozit şəklində təkrarən banka yatırıb.

 

"Çünki yüksək məbləğdə pulu nə evdə, nə üzərimdə saxlayıram. Bu risk mənə iki gün sonra əlavə 11 min manat qazandırdı. 20 min dolları təkrar manata çevirdim - 31 min manat etdi. Bu pul kredit olduğundan üstündən 21 min manat götürüb, kredit borcumu ödədim”, - xanım jurnalist vurğulayıb.

 

O, həyatında ilk dəfə iki günə 10 min manat qazandığını vurğulayıb: "Bunu indiyə kimi xəyal belə etməmişdim. Bu pulu 3 ay əvvəl kreditlə aldığım maşın üçün ödədim və 3 illik kreditimi 1 ilə endirmiş oldum”.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300