Artıq cəmiyyətdəki haqsızlıqlara etiraz etdikləri üçün həbs edilən insanları məhkəmədə müdafiə etmək imkanları da çətinləşib.

 

 

Azərbaycan Avropa Şurası Parlament Assambileyasına üzv olarkən bir sıra öhdəliklər götürüb. Ölkəmiz insan haqlarının qorunması və demokratiyanın inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirməli idi. İlk illərdə bu istiqamətdə müəyyən addımlar atılsa da, son on il müddətində ardıcıl olaraq insan hüquq və azadlıqlarının məhdudlaşdırılması istiqamətində addımlar atıldığının şahidi oluruq. Son illərdə isə təqiblərdən daha çox insan əziyyət çəkir.

 

Ölkədə davamlı təzyiqlərə məruz qalan insanların bir çoxu ölkəni tərk etmək zorunda qalır: 

Azərbaycanın beynəlxalq qurumlar qarşısında öhdəlikləri olduğundan ölkədə hüquqlar pozulduqca hakimiyyətə qarşı davamlı olaraq tələblər də olur. Hakimiyyət isə bu tələbləri yerinə yetirmək əvəzinə Avropa Birliyi və digər Avrostrukturlarını Azərbaycana qarşı ikili standartlarla yanaşmada ittiham edir. Eyni zamanda ölkədə jurnalistlərə, vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinə, siyasi fəallara və hüquq müdafiəçilərinə qarşı təzyiqlər artır. Hakimiyyət özünə rəqib gördüyü insanlara qarşı isə daha sərt davranır.

 

 

REAL Hərakatının sədri İlqar Məmmədov heç bir günahı olmadan illərdir həbsdə saxlanılır.

Əslində İlqar Məmmədovla Tofiq Yaqublunun hər ikisi 2013-cü ilin yanvarında İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunsa da, artıq Tofiq Yaqublu azadlıqdadır. Hakimiyyət ictimai fikrə daha çox təsir imkanı olan, siyasi hərəkat rəhbəri İlqar Məmmədovu isə həbsdə saxlamaqla onu zərərsizləşdiyini düşünür.


Digər tərəfdən "Əsgər ölümlərinə son!” aksiyasında sonra həbs edilən 8 nəfər gəncdən artıq 7 nəfər azadlığa buraxılsa da, İlkin Rüstəmzadə hələ də həbsdədir.

Həbs olunarkən İqtisad Universitetinin 4-cü kurs tələbəsi olan İlkinin təhsili yarımçıq qalıb. Onun azadlıq, təhsil hüququ pozulub. Halbuki bütün cəmiyyət, işə az-çox bələd olan hər kəs bilir ki, İlkin cinayətkar deyil. İlkin sadəcə haqsızlığa dözməyən, həqiqəti deyə bilən bir gəncdir. Eyni ittihamla həbs olunan 7 nəfərin azad olunub, bir nəfərin indiyə qədər həbsxanada saxlanılması da hakimiyyətin qərəzin göstərir. Çünki, İlkin Rüstəmzadəyə qarşı irəli sürülən ittihamlar o dərəcədə absurddur ki, inanmaq belə olmur. İttihamda İlkinin xuliqanlığının rəqsi kameraya çəkib "Youtube" kanalına yerləşdirmək olduğu göstərilir. Digər tərəfdən qondarma ifadələrində NİDA üzvlərinin adı gedirdi, İlkin Rüstəmzadə isə həmin vaxt təşkilatın heç üzvü də deyildi.


 

Artıq cəmiyyətdəki haqsızlıqlara etiraz etdikləri üçün həbs edilən insanları məhkəmədə müdafiə etmək imkanları da çətinləşib: Bu gün qanunvericilik səviyyəsində də əsas insan hüquq və azadlıqları məhdudlaşdırılır. Son 15 ildə Konstitusiyaya və digər qanunvericiliyə edilən dəyişikliklər də bunu göstərir. Hüquqi pozulan insanlara yardım edən vətəndaş cəmiyyəti institutlarının sıradan çıxarılması üçün 2013-cü ildə bu sahəyə aid qanunvericiliyə də dəyişikliklər edilib. Hüquq-müdafiə təşkilatlarının fəaliyyət imkanları məhdudlaşdırılıb. Hüququ pozulan insanların problemlərini işıqlandıran media orqanlarının çoxu sıradan çıxarılıb. Həmin şəxsləri məhkəmədə müdafiə edən vəkillər müxtəlif əsassız iddialarla Vəkillər Kollegiyasından uzaqlaşdırılıb.


 

Qənaətimcə, Azərbaycan Avropa məkanının üzvü olduğundan insan hüquq və azadlıqlarının təmin olunması üçün nəzarət mexanizmi olmalıdır:

İndiki halda bu nəzarət mexanizmindən biri də Avropa Məhkəməsidir. Amma bu gün Azərbaycan hakimiyyəti Avropa Məhkəməsinin bəzi qərarlarını da icra etmir. İlqar Məmmədovun timsalında biz bunun şahidi olduq. Bir çox hallarda isə nəinki bu hüquqlar təmin edilir, hətta bu mexanizmlərə çatımlılıqda da əngəl yaradır. Son zamanlar Avropa Məhkəməsinə göndərilən bəzi işlər ünvanına çatmır. Bu da həmin sənədlərin ölkədən çıxmasına əngəllər yaradıldığını göstərir.


 

KXCP fəalı Ələsgər Vəliyev

 

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300