44735

Bakıda intihara cəhd olub. Bu barədə virtualaz.org saytına Nəsimi Rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Bakı şəhər sakini Elvin Mehdiyev özünü "Nikoil” bankının Puşkin küçəsi, 30 ünvanında yerləşən ofisinin qarşısında yandırmağa cəhd edib. O, üstünə benzin tökərək özünə od vurmaq istəsə də, yaxınlıqdakı insanlar buna imkan verməyib.

Bəzi məlumatlara görə, E.Mehdiyevin xeyli borcu olub və pulları qaytara bilmədiyi üçün bu üsula əl atıb.

Nəsimi Rayon Polis İdarəsindən bildirilib ki, iş üzrə materiallar ərazi üzrə Səbayel RPİ-yə verilib.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300