ABŞ-ın "Cape Cod Times” qəzetində "Ermənistanın silahlı hücumu qınanmalıdır” adlı məqalə dərc edilib.

Məqalədə 2016-cı il dekabrın 29-da Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun mövqelərinə hücumundan və Ermənistanın Azərbaycana qarşı artıq 25 ildir davam edən təcavüzündən bəhs olunur.

Yazıda Ermənistan hərbiçilərinin Azərbaycanın dövlət sərhədini keçməsi, düşmənin dekabrın 29-da Tovuz rayonunda diversiya hərəkətləri və Azərbaycan Silahlı Qüvvələri tərəfindən görülən müvafiq tədbirlər haqqında məlumat verilir. Məqalədə Azərbaycan ərazisinin 20 faizinin işğalının davam etməsindən və BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrindən (822, 853, 874 və 884) söhbət açılır.

Qeyd edək ki, məqalə Azərbaycan ərazilərinin işğal edilməsi ilə əlaqədar ABŞ ictimaiyyətini və Administrasiyasını məlumatlandırmaq üçün ABŞ Azərbaycanlıları Şəbəkəsinin həyata keçirdiyi yazılı kampaniyanın nəticəsi olaraq dərc edilib. Təşkilatın üzvləri, həmçinin ABŞ Administrasiyasını və ATƏT-in Minsk qrupunu Ermənistanın BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərini yerinə yetirməsi və Azərbaycana qarşı təcavüzü dayandırması üçün rəsmi Yerevana təzyiq göstərməyə çağırıblar.
(Axar.az)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300