Elgiz Kərimov, Şirin Mirzəyev və Naiq Yusifov Qarabağ uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olublar.


5 yanvar Milli Qəhrəmanlar Elgiz Kərimov, Şirin Mirzəyev, Naiq Yusifovun doğum günüdür.
Femida.az xəbər verir ki, Elgiz Kərim oğlu Kərimov 1971-ci il yanvarın 5-də Bərdə şəhərində anadan olub. O, 1991-ci ildə könüllülərdən ibarət batalyonun tərkibində cəbhəyə gedib, Əsgəran yaxınlığında döyüşdə xüsusi qəhrəmanlıq göstərib, 1992-ci il martın 12-də Naxçıvanik kəndi uğrunda gedən döyüşdə onlarla düşmən yaraqlısını məhv edib, lakin özü də həlak olub. 1992-ci il iyunun 7-də Milli Qəhrəman adına layiq görülüb.

Bərdə şəhərində dəfn edilib.

Şirin Vəli oğlu Mirzəyev 1947-ci il yanvarın 5-də Xankəndi şəhərində anadan olub.

O, Leninqrad (Sankt-Peterburq) Ali Siyasi-Hərbi Məktəbi və Moskva Ali Siyasi Akademiyasını bitirib, peşəkar hərbçi kimi SSRİ-nin müxtəlif yerlərində xidmət edib, 1991-ci ilin oktyabrında könüllü olaraq cəbhəyə gedib, Ağdamda ilk özünümüdafiə batalyonunu yaradıb, az vaxtda cəsur sərkərdə kimi ad qazanıb, Ağdam-Ağdərə istiqamətində çoxlu sayda uğurlu əməliyyatlar həyata keçirib, onlarla kəndi düşməndən azad edib, 1992-ci il iyunun 18-də Ağdamın Əliağalı kəndi yaxınlığında maşınında minaya düşüb və həlak olub.

1994-cü il sentyabrın 16-da polkovnik-leytenant Şirin Mirzəyev Milli Qəhrəman adına layiq görülüb.

Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Bakı şəhərində adına küçə var, xidmət etdiyi hərbi hissədə büstü qoyulub.

Ş.Mirzəyevin döyüş yolu bir hərbi məktəbdir. Ş.Mirzəyev onu tanıyanlar üçün həmişə saflıq, təmizlik, düzlük simvolu olub.

Naiq Nəsir oğlu Yusifov 1970-ci il yanvarın 5-də Tovuz rayonu Ağdam kəndində anadan olub.

O, 1990-cı ildə kəndlərində yaradılmış özünümüdafiə dəstəsinə yazılıb, cəbhə boyu kəndlərin müdafiəsində şücaətlə vuruşub, 1992-ci il martın 24-də Koxanəbi kəndinin müdafiəsində axıra qədər döyüşüb, son nəfəsində qumbaranı sinəsinə sıxaraq partladıb, özü həlak olub, eyni zamanda ona yaxın erməni yaraqlısını da məhv edib. 1992-ci il iyunun 7-də Milli Qəhrəman adına layiq görülüb.

Tovuz rayonu Ağdam kəndində dəfn edilib. Kəndin orta məktəbi onun adını daşıyır.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300