Jam.az-ın həbsdə olan baş redaktoru Fikrət Fərəməzoğlu ilə bağlı qaldırılmış qondarma cinayət işində daha iki saxtakarlıq üzə çıxıb.

 

Gununsesi.info bildirir ki, bu barədə həbsdə olan, hazırda məhkəməsi gedən baş redaktor mətbuata açıqlama göndərib.

 

O qeyd edib ki, həmin saxtakarlıq "Bandotdel”in əməliyyatçıları, onların ştatlı üzəduranım Mehman Həsənov və digər ştatlı hal şahidlərinin şahidliyi ilə reallaşdırıb. Belə ki, sözügedən idarənin "Əməliyyat – axtarış tədbirlərinin nəticələri və maddi sübutların götürülməsi haqqında "30 iyun 2016-cı il tarixli protokoldakı Fikrət Fəraməzoğlunun adından atılmış imza ona məxsus deyil.

 

Baş redaktor deyib ki, saxlanıldığı gün daxil olmaqla, "Bandotdel”də saxlandığı digər günlərdə, həm əməliyyatçılar, həm də müstəntiq tərəfindən həmin protokola imza atılması üçün ona təzyiqlər edilib: "Sözügedən protokola imza atmam üçün dəfələrlə mənə təzyiqlər edilib. Lakin bu təzyiqlərə rəğmən, ora imza atmaqdan imtina etmişəm. İstintaq materialları ilə tanış olan zaman orada orada imzanı gördükdə təəccübləndim. Əməliyyatçılar imzamı bənzətməyə çalışıblar. Amma digər sənəd və kağızlar üzərindəki imzalarıma baxan istənilən şəxs protokoldakı imzamın başqa adama məxsus olduğunu açıq şəkildə görə bilər”.

 

Fərəməzoğlu vurğulayıb ki, həmin protokoldakı onun adından atılmış imzanın saxta olduğunu təsdiqləmək üçün ekspertiza keçirilməsi ilə məhkəmə qarşısında vəsatət qaldıracaq: "İstintaqın daha bir saxtakarlığını üzə çıxarmaq üçün məhkəməyə vəsatətlə müraciət edəcəyik. İmzamın saxta olduğu və mənə məxsus olmadığını təsdiqləyəcəyik. Ümid edirəm ki, məhkəmə bu vəsatətimizi təmin edib, imzamın ekspertizasını keçirəcək”.

 

Jam.az-ın baş redaktoru haqqındakı qondarma cinayət işindəki növbəti saxtakarlığı da aşkarlayıb.

 

O bildirib ki, 30 iyun 2016-cı il tarixdə "Bandotdel”in əməkdaşları onun yaşadığı mənzildə axtarış aparıblar: "Üzümə duran "Bandotdel”in ştatlı üzəduranı Mehman Həsənov istintaqa verdiyi ifadəsində, habelə əməliyyatçılar ilə birlikdə tərtib etdikləri protokollarda göstərib ki, guya, axtarış aparılan zaman mən də mənzilimdə olmuşam. Hətta divanın üzərindəki "Notbuk”umu özüm götürərək, əməliyyatçılara təqdim etmişəm. Bu, ağ yalandır. Çünki mənzilimdə axtarış aparılan zaman mən "Bandotdel”dəydim və oradakı əməliyyatçıların təzyiqi və işgəncələri altında ifadə verməyə məcbur edilirdim. Bu adamlar saxtakarlıqla əndazələri o qədər aşıblar ki, nə həddi var, nə də hüdudu”.

Həbsdə olan baş redaktor onu da bildirib ki, bununla bağlı şahidi var və o, məhkəmədə ifadə verəcək".

 

Fikrət Fəraməzoğlu qeyd edib ki, məhkəmə prosesi boyunca "Bandotdel”in hazırladığı qondarma cinayət işinin bütün saxtakarlığını üzə çıxararaq, sübut edəcək "istintaq hesabatını itirib”: "Məhkəmə prosesi boyunca bütün saxtakarlıqları üzə çıxaracaq dəlil və sübutların hamısını ortaya qoyacayıq”.

 

Baş redaktor sonda məhkəmə prosesinin gedişatı və sonucları ilə bağlı fikirlərini bölüşüb: "Hazırlıq iclasında qaldırdığımız iki vəsatət təmin edilmədi. Prosesin nə ilə yekunlaşacağı, mənə neçə il iş kəsiləcəyi əhəmiyyətsizdir. Çünki mən məhkəmədən hər hansı bir ədalət, obyektivlik gözləmirəm. Onlara nə sifariş edilibsə, onu da icra edəcəklər. Həbsimin sifarişli olduğunu elə ilk gündən bəyan etmişəm. Ona görə də, qətiyyən narahat deyiləm, sona qədər özümü müdafiə edəcəm. Önəmli olan vicdanım, oxucuların və cəmiyyət qarşısında günahsız olmağımdır ki, bunu isbat edəcəyimə kimsənin şübhəsi olmasın”

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300