Kanadada yaşayan restoran sahibi gözəl addım atıb.

 

Ölkə.Az xəbər verir ki, Montreal şəhərində şəxsi restoranı olan müsəlman iş adamı pulu olmayanlara pulsuz yemək verir.

 

Montrealda kiçik bir restoran sahibi olan Yəhya Haşemi obyektin qapısına fransız və ingilis dilində lövhə vurub. Lövhəyə əsasən, pulu olmayanlara pulsuz yemək verilir.

 

Haşemi gün ərzində 4-5 nəfərin pulsuz yemək xidmətindən istifadə etdiyini bildirib.

 

Restoran sahibi artıq 5 aydır ki, bu addımı atdığını bildirib:

 

"Ac insanı doydurmaq inancımıza görə vacibdir. Bundan başqa, bu ölkə bizə çox şey verdi. Biz də əvəzində Kanadaya nəsə vermək istədik".

 

Haşemi bəzi müştərilərinin də kampaniyaya dəstək durduğunu, 20, 30 bəzən 50 dollar verdiyini bildirib.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300