2016-cı ildə Gürcüstana 1 523 075 nəfər Azərbaycan vətəndaşı səfər edib.

Report agentliyinin məlumatına görə, bu göstərici ilə Azərbaycan vətəndaşları Gürcüstana səfər edən xarici ölkə vətəndaşları sırasında birinci yerdədir.

Gürcüstanın Milli Turizm Administrasiyasından bildiriblər ki, 2010-cu ildə bu ölkəyə cəmi 497969 min Azərbaycan vətəndaşı səfər edib. 2011-ci ildə bu rəqəm 714418 (artım 30 faiz), 2012-ci ildə 931933 (15 faiz artım), 2013-cü ildə 1075857 (19 faiz artım), 2014-cü ildə 1283214 (9 artım), 2015-ci ildə isə 1393257 (9 faiz artım) təşkil edib.

Keçən il Azərbaycandan bu ölkəyə gələn turistlərin sayı 2015-ci il ilə müqayisədə 129818 nəfər və yaxud da, 9,3 faiz çoxdur.

Ümumilikdə isə 2016-cı ildə Gürcüstana 6 milyon 350 min 625 nəfər xarici ölkə vətəndaşı səfər edib.

Gürcüstana gələn xaricilər sırasında ermənilər ikinci, Türkiyə vətəndaşları üçüncü, rusiyalılar isə dördüncü yerdədirlər.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300