"Sağlam Həyat” cəmiyyətinin təşəbbüsü, Yeni Azərbaycan Partiyasının 9-cu mkr Gənclər Təşkilatı , "Uşaq və Yeniyetmələrə Dəstək" İctimai Birliyi və onun nəzdində fəaliyyət göstərən "Anacan.az” ailə portalının təşkilatçılığı ilə uşaq və yeniyetmələr arasında Milli rəqs, Rəsm, Gimnastika, Şahmat, Basketbol və Universal Döyüş üzrə dekabr ayının 18-dən etibarən silsilə dərəcə imtahanları keçirilmişdir. Yekun tədbiri giriş sözü ilə açan Cəmiyyətin direktoru Samir Hüseynov bu kimi tədbirlərin uşaqların həyatına bəxş etdiyi təsirindən danışaraq sözüTural Əliyev, Fərhad Abdulova və digərlərinə verib. 


İmtahanlar zamanı 235 uşaq müvafiq sahə üzrə öz istedad və bacarığını nümayiş etdirərək həvəsləndirici diplom və medallarla, həmçinin milli rəqs müəllimi Musa İsmayılov, Aidə İsmayılova, Qönçə Orucova, Naimə Cəfərova və Cəmiyyətin digər işçiləri Gülnar Hüseynova, Səbinə Ağayeva da uşaqlara göstərdiyi xidmətlərə görə Fəxri Fərman ilə təltif olunublar. 
Uşaq və yeniyetmələr arasında dərəcə imtahanları keçirilib

Bununla yanaşı uşaq və yeniyetmələrin asudə vaxtlarınının səmərəli keçirilməsini, onların fiziki və mənəvi sağlam vətəndaş kimi formalaşmasını təmin edən hər bir uşağın valideyni də bu kimi təşəbbüslərinin artırılması məqsədilə təşkilatçılar tərəfindən Təşəkkürnamə ilə təltif olunublar. 
Yekun təltifetmə mərasimində Şaxta baba və Qarqız uşaqları əyləndirərək müxtəlif estafet oyunları və şən startlar keçiriblər.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300