Belarusun Homel vilayətində 1,6 mln. tondan çox ehtiyatı olan yeni neft yatağı kəşf edilib.

 

APA-nın "Sputnik Belarus”a istinadən verdiyi xəbərə görə, bu barədə "Belarusneft” neft-qaz istehsalat birliyinin mətbuat xidmətinin məlumatında bildirilir.

 

Məlumata görə, "Uqolskoye” adı verilmiş yeni yataq dərinlikdə yerləşdiyindən işlədilməsi çətin hesab edilən yataqlara aiddir.

 

Yatağın ehtiyatlarına dair daha dəqiq proqnozları kəşfiyyat quyusu qazıldıqdan sonra vermək mümkün olacaq.

 

Xatırladaq ki, 2015-ci ilin avqustunda həmin ərazidə 350 min tondan çox ehtiyatı olan neft yatağı kəşf edilib.

 

Qeyd edək ki, Belarusda, ümumilikdə, 65 neft yatağı tədqiq edilib, onlardan 39-u işlənilir. Belarusun neft hasilatın illik həcmi təxminən 1,645 mln. ton təşkil edir. Hasil edilən neftin çoxu əsasən Almaniyaya və digər Avropa ölkələrinə ixrac olunur.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300