Soyuq fəsillərdə bir çox insanlarda xüsusilə qadınlarda əllərin dərisi qurumağa və çatlamağa başlayır.
Əvvəl belə çatlar yalnız estetik problem yaradır. Lakin vaxtında müalicə olunmadıqda bu çatlar dərinləşir, ağrılara səbəb olur.

Uluyol.info saglamolun.az-a istinadən bildirir ki, əl dərsinin quruluğunun və çatların əmələ gəlməsi səbəbləri:
- Avitaminoz. A və E vitaminlərinin defisiti dərinin sağlamlığına çox mənfi təsir edir. Qidalanmanızda daim təzə göyərti, qoz-fındıq, bitki yağları, mövsümi meyvə və tərəvəzlər (xüsusilə balqabaq, portağal, xurma) olmalıdır.

- Soyuq hava, külək. Bu ən yayılmış səbəbdir. Evdən çıxanda mütləq əlçək taxın.
- Məişət kimyası. Yuyucu tozlar, qabyuyan vasitələr və s. dərini qurudur, allergiyaya səbəb olur. Bu səbəbdən soda, sirkə kimi təbii vasitələrdən istifadə edin, ev işləri gördükdə rezin əlcək taxın.
- Göbələk xəstəliyi də dəridə çatların səbəbi ola bilər. Dermatoloqun müayinəsindən keçin.
- Psoriaz və neyrodermit kimi dəri xəstəlikləri dərinin quruluğuna, çatların əmələ gəlməsinə səbəb ola bilər.
- Hormonal pozulmalar.
Xalq təbabəti əllərdə çatların müalicəsi üçün çoxlu sayda effektli vasitələr təqdim edir:
- Yulaf yarması ("gerkules") maskası
Gerkulesi bişirin, 1 x.q. bitki yağı əlavə edin, soyudun. Əllərinizi ilıq sıyıqda 10-15 dəqiqə saxlayın, sonra nəm dəsmalla silin, yağlı əl kremi çəkin. Bu maskanı axşam yatmazdan əvvəl edin.
- Nişasta maskası
Bu maskanı hər gün çatlar sağalana qədər edin. Maskanı hazırlamaq üçün 1 ç.q. kartof nişastası 1 stəkan isti suda həll edilir, soyudulur. Axşam yatmazdan əvvəl əllərinizi nişastalı suda 10-15 dəqiqə saxlayın, sonra salfetlə yüngül qorulayın, yağlı əl kremi çəkin.
- Bitki yağı + bal
1 x.q. bitki yağı 1 ç.q. duru balla qarışdırırlır, əllərə çəkilir. Əllərinizi sellofan, sonra dəsmalla sarıyın, 30 dəqiqədən sonra əllərinizi ilıq su ilə yuyun, yağlı krem çəkin.
- Vitaminli maska
1 x.q. bitki yağına 2 kapsul aevit əlavə edin. Aevit apteklərdə satılır. İstifadə etdikdən əvvəl kapsulları deşin və yağa sıxın. Maskanı əllərinizə çəkin, 20 dəqiqə saxlayın, sonra əllərinizi salfetlə yüngül silin.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300