ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp hesab edir ki, "Quantanamo” həbsxanasında saxlanılan "çox təhlükəli” məhbusların azadlığa buraxılması praktikasına son qoyulmalıdır.   

 

APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Tramp bu barədə "Twitter” hesabında bildirib.

 

"Quantanamodan köçürmələrə son qoyulmalıdır. Onlar çox təhlükəli insanlardır, onların döyüş meydanına qayıtmasına imkan verilməməlidir”, - deyə Tramp qeyd edib.

 

Qeyd edək ki,  "Quantanamo” həbsxanasının bağlanılması hazırkı prezident Barak Obamanın seçkiqabağı əsas vədlərindən biri olub. Lakin, Konqresin etirazları səbəbindən "Quantanamo”nu  bağlamaq mümkün olmayıb. Buna baxmayaraq, orada saxlanılan məhbusların sayı 242 nəfərdən 59-a endirilib. 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300