Mövlud Mərd Altındaş oktyabr ayında internetdə kimin foto və məlumatlarını axtarıb?

 

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun sui qəsdi ilə bağlı aparılan istintaqda yeni detallar ortaya çıxıb. Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, istintaq çərçivəsində qatil Mövlud Mərd Altındaşın bir evi paylaşdığı dostu, vəkil Serkan Ö. - nün kompüteri də araşdırılıb.

 

Araşdırma zamanı məlum olub ki, 2016-cı ilin oktyabr ayında vəkil Serkan Ö. -nün kompüterindən bir neçə dəfə Karlovla bağlı internetdə axtarış aparılıb, fotoları, çıxışları tapılıb və bunlar incələnib. Bu isə qatilin qətllə bağlı öncədən xeyli hazırlıqlı olduğunu sübuta yetirən məqamdır. O, səfirlə bağlı ən incə detalı belə gözdən qaçırmamağa çalışıb.

 

Bundan başqa, Altındaşın hazırda həbsdə olan, Çevik Qüvvət Şöbə Müdirliyində vəzifə başında olan daha bir dostu, (o da onunla eyni evdə qalıb) polis məmuru Sercan B. isə istintaqa ifadəsində FETÖ ilə əlaqələrini rədd edib.

 

Amma Sercan B. - nin 17 iyul 2016-cı ildə ailə qurduğu həyat yoldaşının dayısının FETÖ-nun "evləndirmə imamı” olduğu iddia edilib. İndiyə qədər sözügedən qətllə bağlı aparılan istintaq çərçivəsində 9 nəfər həbs edilib.


 

Sevinc, musavat.com

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300