Bu gün Müsavat Partiyasının qərargahında Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar bayram tədbiri keçirildi.
Şirin süfrə arxasında keçirilən tədbirdə partiyanın başqanı Arif Hacılı çıxış etdi. Arif Hacılı partiya rəhbərliyi adından bütün müsavatçıları Həmrəylik Günü və qarşıdan gələn Yeni il münasibəti ilə təbrik etdi.
Müsavat başqanı partiyanın planları barədə də danışdı. Arif Hacılı 2017-ci ildə Müsavatın siyasi təşəbbüsü əla alacağını, növbəti ildə pariyanın hakimiyyətə gəlişinin qarşısıalınmaz bir prosesə çevriləcəyini bildirdi.