Cəfər Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasında şair Ramiz Rövşənin anadan olmağının 70 illiyi münasibətilə yubiley tədbiri keçirilib.


Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, tədbirdə çıxış edən Yusif Şeyxov, Aydın Dadaşov, Mais Ağabəyov, Ayaz Salayev, Elxan Qasımov, Elçin Musaoğlu, Elxan Cəfərov, Elşad Ərşadoğlu və digərləri Ramiz Rövşənin ədəbi və kino fəaliyyəti haqqında danışıb, onun Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafındakı xidmətlərindən bəhs ediblər. 

Qeyd olunub ki, Ramiz Rövşən Azərbaycan kinosunun çox məhsuldar dövrü olan 70-ci illərin əvvəllərində "Azərbaycanfilm” kinostudiyasında əmək fəaliyyətinə başlayıb, "Mozalan” satirik kinojurnalının redaktoru, kinostudiyanın ssenari-redaksiya kollegiyasının üzvü, baş redaktoru vəzifələrində çalışıb.

Həmin dövrdə yazdığı ssenarilərin əsasında çəkilmiş "Babamızın babasının babası”, "Süd dişinin ağrısı”, " Şəhərli biçinçilər, "İşarəni dənizdən gözləyin”, "Özgə vaxt”, "Məkanın melodiyası” kimi bədii filmlər, "Mozalan” satirik kinojurnalı üçün yazılmış "Şəbih”, "Söyüdlünün su dərdi”, "Özbaşınalıq”, "Haram tikə” və s. qısametrajlı sənədli və bədii filmlər sadəliyi, insanları düşündürməsi ilə fərqlənir.

Çıxışı edənlər bildiriblər ki, R. Rövşən kinomuzun müxtəlif sahələrində çoxşaxəli yaradıcılıq fəaliyyəti ilə məşğul olan sənətkar kimi bir çox filmin redaktoru, sinxron mətnlərin müəllifidir.

 

Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300