Ölkədə hakimiyyətin siyasətinə xələl gətirən icra
başçılarının yola salınması prosesi davam etməkdədir
İqtidar 2017-ci ilin çətin keçəcəyini nəzərə
alaraq xalqı qıcıqlandıran və problemlərlə baş-başa qoyan rayon icra hakimiyyəti
başçılarını istefaya göndərməyi planlaşdırıb.
Politika.Az-a
verilən məlumata görə, Xızı
və Neftçala rayonlarına yeni təyinatlar gözlənilir.
Son günlərin tənqid hədəfində olan icra hakimi Xəzər
Aslanovdur. Yardımlını "fəth” etdikdən sonra Xızıda "fətir” yapan icra
başçısının bərbad idarəçiliyi göz qabağındadır.
X.Aslanov faktiki olaraq rayonu başdı-başına
buraxıb və kommersiya tərəflərini fikirləşir. Onun vecinə deyil ki, Xızının
problemlərinin axırı necə olacaq. Əslində, Xızı Bakıdan cəmi 100 kilometr
aralıda yerləşir. Amma yüzlərlə problemlə baş-başa qoyulub.
Hətta ucqar Lerik və ya Daşkəsəndə bu problemlərə
rast gəlmək olmaz. X.Aslanovun rəzil idarəçiliyi nəticəsində və yarıtmaz
müavinlərinin tamahkarlığı sayəsində rayon geridə qalıb.
17 min əhalisi olan Xızı rayonunda aptek,
yanacaqdoldurma məntəqəsi və bazar olmaması haqda bu günlərdə məlumat yayıldı.
Əhali bu cür problemlərdən ciddi əziyyət çəkir. Amma təkcə bu problemlərlə iş
bitmir. Məsələn, su problemini qeyd etmək olar.
Sakinlər bildirirlər ki, Altıağacda torpağın sotu
8-10 min manatdır. Başqa yerlərdə isə torpağın sotu 1500-3000 manat arası dəyişir.
Rayon rəhbəri hektarlarla sahəni satıb, qoruğun ətrafı
istirahət mərkəzlərinə çevrilib. Bundan əlavə, məcburi köçkünlərə tikilən
başqalarına satıblar. Bu işin arxasında icra başçısı dayanır.
Politika.Az-a
verilən məlumata görə, Neftçalanın
icra başçısı İsmayıl Vəliyev də iqtidarın qara siyahısındadır.
Xızının icra başcısı Xəzər Aslanovun qardaşı,
Neftçalanın icra başcısı İsmayıl Vəliyevin qaynı Rövşən Aslanovun dələduzluqda
ittiham olunması hər iki məmurun reputasiyasını birdəfəlik edib.
Neftçalanın icra başçısı İsmayıl Vəliyev və
Xızının icra başçısı Xəzər Aslanovun adı ciddi qalmaqala qarışıb. Həmin
qalmaqal isə iş adamı Əbülfəz Əliyevin yarım milyon dollar pulunun mənimsənilməsi
ilə bağlıdır.
Bundan başqa, prezident İlham Əliyev sonuncu dəfə
Neftçalada 2014-cü ildə olub. Artıq iki ildən çoxdur ki dövlət başçısı bu
rayona səfər etmir. Referendum ərəfəsində cənub və şimal zonalarına gedən ölkə
başçısı Neftçalaya ayaq basmır.
Politika.Az-a
verilən məlumata görə, dövlət
başçısı İsmayıl Vəliyevi bu rayona rəhbər vəzifəyə göndərərkən Neftçalanı
inkişaf etdirməyi, abadlıq-quruculuq işləri həyata keçirməyi, əhalinin sosial
problemlərinin həllindi ciddi dönüş etməyi tapşırıb.
Lakin dövlət rəhbərinin qərarı özünü doğrultmayıb.
Rayonla qonşu bölgələrdə müəyyən qədər irəliləyiş olsa da, Neftçala geri qalıb.
İ.Vəliyev prezidentin ayırdığı büdcə vəsaitlərini təyinatı üzrə xərcləməyib.
Eyni zamanda yol tikintisinə bir neçə dəfə
ayrılmış vəsaitlər mənimsənilib və 2014-cü ildən sonra İ.Əliyev üçün Neftçala hələlik
bitmiş mövzuya çevrilib.
Politika.Az
adi bir fakta diqqət çəkir: iyunda
Neftçaladan olan 18 sahibkar rayonda yaranmış dözülməz şəraitdən ölkə
prezidenti İlham Əliyevə, daxili işlər naziri Ramil Usubova, vergilər naziri
Fazil Məmmədova, elologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırova, Dövlət
Əmlak Komitəsinin sədri Kərəm Həsənova müraciət ünvanlayıblar.
Həmin müraciətə imza atanlardan biri olan sahibkar
Nazim Əlihüseynov mətbuata müraciət edərək atdığı imzadan imtina edib. İmtinaya
səbəb isə Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin
sahibkara birbaşa təzyiqi ilə nəticələnib.
Məlumatda bildirilir ki, İsmayıl Vəliyev "Məkan”
restoranının sahibi olan Nazim Əlihüseynova açıq şəkildə bildirib ki, ya atdığı
imzadan imtina edəcək, ya da restoranını bağlayıb, gedib evində oturacaq. Təbii
ki, bu sözlərdən sonra iş adamı ikinci varianta üstünlük verib və atdığı
imzadan imtina edib.
Başqa
fakt: Neftçala rayonunda 27
min nəfər əhalinin yaşadığı, 11 yaşayış məntəqəsini birləşdirən və uzunluğu 30
km olan Şorsulu-Xolqarabucaq-Xəzərkənd avtomobil yolunun hazırki durumu heç də
ürək açan deyil.
Neftçala Rayon İcra Hakimiyyətinə ilkin olaraq 5
milyon manat vəsait ayrılıb. Təmir və yenidənqurma işlərini "Texnoyol” MMC Azərbaycan
şirkəti həyata keçirib. Bu işdə də ciddi yeyintiyə yol verilib.
Ulu Yol Xəbər portalı » Araşdırma » İqtidara başağrısı olan başçılar: iki rayonun rəhbəri “taxt”dan salınır - Araşdırma
Xəbər lentİ
Yazarlar
Müstəmləkə cinayətlərinə rəğmən müstəqillik əzmini itirməyən Əlcəzair - TƏHLİL
/
1-11-2022, 21:12
/