Aprel döyüşləri zamanı təmas xəttində düşmən təxribatının qarşısını alarkən şəhid olanlar arasında müddətdən artıq xidmət keçən Məhəbbət Ədalət oğlu Mirzəyev də var idi.

 

Beyləqan rayonu, Dünyamalılar kəndindən olan şəhidin ölüm tarixindən aylar keçib. Amma ailəyə verilən söz hələ də yerinə yetirilməyib.

 

Belə ki, musavat.com-a danışan ailənin yaxın üzvü bildirib ki, M.Mirzəyevin adına kənddə abidə qoyulmalı imiş. Amma yerli icra orqanları hələ də bu məsələni həll etməyiblər.

 

Şəhidin atası Mirzəyev Ədalət və anası Mirzəyeva Pərvanə hazırda Dünyamalılar kəndində yaşayırlar. Onlar üçün bu məsələnin həlli daha çox təsəlli, təskinlik xarakteri daşıyır:"Apreldə 1-də Məhəbbətin şəhid olmasından 1 il ötəcək, heç olmasa, ona qədər nəsə etsinlər. Söz vermişdilər ki, hansısa küçəyə onun adın verəcəklər, abidə qoyacaqlar, amma günü-günə satırlar. Onun qəbrinin üstün götürəndə valideynləri dedi ki, biz özümüz edək. Amma qoymadılar, dedilər ki, biz edəcəyik. Lakin onda da Məhəbbətin 40 mərasiminə qədər gecikdirdilər".

 

Kəndin bələdiyyə sədri şəhid ailəsini narazı salmaqda davam edir. Oğul itirmiş bir ailəni get-gələ salmaq, vəzifə borcunu bir kənara qoysaq, insanlığa da sığmır. Ümid edirik ki, qısa müddət ərzində problem öz həllini tapacaq.

 

 




 







Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300