"Kurtlar Vadisi Pusu" serialının həvəskarlarına
şad xəbər var.
Uluyol.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, serial yanvar
ayında yenidən yayımlanmağa başlayacaq.
Məlumata görə, 15 iyul çevriliş cəhdindən bir müddət
əvvəl "Kurtlar Vadisi Darbe" adının patent hüququnu almaq üçün rəsmi orqanlara
müraciət edən və bu səbəbdən barəsində araşdırma başlayan "Pana
Film"lə bağlı istintaq bu həftə rəsmən başa çatacaq.
Serialın hansı kanalda başlayacağı haqda hələ ki
heç bir məlumat verilmir.
Uluyol.info