"Riçard Almeyda gələn ildən Azərbaycan yığmasında oynaya bilər”. Bu sözləri apasport.az saytına açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

 

O bildirib ki, "Qarabağ”ın braziliyalı futbolçusu ilə yanvarda görüş olacaq. Həmin görüşdə AFFA rəsmiləri Almeydanın Azərbaycan yığmasında oynamaq məsələsini yekun olaraq, müzakirə edəcəklər: "Bildiyiniz kimi, Almeyda artıq 4 il yarımdı ki, Azərbaycandadı. Gələn ilin iyununda onun ölkəmizdə 5 ili tamam olacaq. Yanvardakı görüş zamanı Riçarda millimizdə oynamağı təklif edəcəyik. Əgər razılıq əldə olunsa, Almeyda iyun ayından etibarən Azərbaycan yığmasının formasını geyinəcək”.

 

Elxan Məmmədov söhbət əsnasında Almeydanın ilkin razılığını aldıqlarını bildirib.

 

Qeyd edək ki, "Qarabağ”ın aparıcı üzvlərindən olan Riçard Almeyda bir müddət öncə mətbuata açıqlamasında Azərbaycan millisinin formasını geyinməyə hazır olduğunu demişdi.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300