Mərkəzi Bankın üzən məzənnə açıqlamasından sonra bəzi işbazlar sadəcə özlərini düşünərək, qiymət artımına gediblər.

 

Artıq paytaxt və digər bölgələrdəki bəzi marketlərdə çörəyin qiyməti qaldırılıb. Unun qiymətinin qalxması çörək və çörək məhsulların qiymətinə də öz təsirini göstərib. Ekspertlərin fikrincə əgər unun qiyməti qalxıbsa, əlbəttə o çörəyin qiymətinə də təsir etməlidir. Ola bilsin ki, çörəyin çəkisini azaltmaqla bunu kompensasiya etməyə çalışacaqlar.

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında məzənnə dəyişikliyi ilə bağlı olmayan qiymət artımı, süni mal qıtlığı və digər sui-istifadə hallarının qarşısının alınması üçün nəzarət tədbirlərinin gücləndirilməsi haqda məlumat yaysa da, istər paytaxt Bakıda, istərsə də bölgələrdə belə hallar müşahidə olunmaqdadır.

Bizimyol.info-nun əməkdaşı paytaxt mağazalarındakı qiymətlərlə maraqlanıb. Mağazada alış-veriş edən xanımlardan biri deyib ki, qiymətləri insanlar süni şəkildə qaldırır: "Marketlərdə 1 manat qiyməti olan malı 3 manata satırlar. Bəzi mallar dəyərindən artıq qiymətə təklif olunur. Girdiyim bəzi mağazalarda əvvəl qiyməti 2 manat olan ərzağı 5 manata gördüm. Əvvəlcədən camaat arasında şayiə yayırlar. Deyirlər süni şəkildə qiymət qaldıranlar cəzalandırılacaq. Ancaq ortada heç nə yoxdur. Bayramqabağı qiymətləri bir az da qaldıracaqlar. Yenə maaşlar yüksək olsa, qiymət nə qədər qalxsa da millətin təsəllisi olar ki, onsuzda qazanc yerim var. Maaş da yoxdur axı. Hələ deyirlər yanvardan ixtisarlar olacaq”

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300