Müsavat Avropa Koordinasiya Mərkəzinin(AKM) Almaniyanın Bayern əyalət koordinatorluğu üzrə genişləndirilmiş toplantısı keçirilib.

Toplantıda Bayern əyalət koordinatorluğuna seçkilər keçirilib.Bayern koordinatorları İlqar Əlili və Elşən Cəbizadə çıxış edərək iştirakçılara uzun yol qət edərək gəldikləri üçün təşəkkürlərini bildiriblər.

Sonra Müsavat Avropa Koordinasiya Mərkəzinin(AKM) sədri İlham Həsənçıxış edərək toplantı iştirakçılarını salamlayıb.

İlham Həsən Avropa Koordinasiya Mərkəzinin(AKM) və Onun Avropadakı missiyası haqqında iştirakçılara bəzi məlumatları çatdırıb. AKM Bayern üzrə gələcək fəaliyyətlərindən, Azərbaycandakı İctimai siyasi vəziyyətdən danışıb. İlham Həsən mövcud siyasi rejiminyarıtmaz siyasətini xüsusi qeyd edərək Müsavat AKM- nin üzərində böyük məsuliyyətin olduğunu vurğulayıb.Tədbir iştirakçılarına siyasi fəaliyyətlərindəuğurlar diləyib.

Sonra koordinator Əhməd Calaloğlu çıxış edərək Müsavat AKM-in Avropadakı əsas mahiyyətini və bu fəaliyyətin Azərbaycan üçün nə qədər önəmli olduğunu diqqətə çatdırıb. Musavat Avropa Koordinasiya Mərkəzinin Avropada fəaliyyət göstərən yeganə müxalif və ən böyük təşkilat olduğunu bildirən Əhməd Cəlalaoğlu AKM Bayern koordinatorluğunun təşkilatlanmasının zəruriliyini vurğulayaraq Bayern əyalətindəki bütün müsavatçıları Müsavat AKM ətrafında sıx birləşməyə, fəaliyyətlərini gücləndirməyə dəvət edib. Ə. Cəlaloğlu Bayern əyaləti koordinatorluğunun bundan sonra vahid mərkəz formasındafəaliyyət göstərməsinin zəruriliyini və yeni strukturun formalaşmağının vacibliyini qeyd edib.

Daha sonra tədbirin iştirakçıları vahid koordinatorluğun yaradılması barədə təkliflə razı olduqlarını ifadə edən çıxışlar edərək koordinatorluğun və ümumilikdə AKM-in fəaliyyətində uğurlar arzu etdiklərini bildiriblər. Təkliflər əsasında AKM-Bayern koordinatorluğuna yeni Vahid Kordinatorun seçilməsi zəruriliyi səs çoxluğu ilə qəbul olunub.

Əhməd Calaloğlunun sədrliyi, İdris Əmiraslanlının katibliyi iləgizli səsverməyolu ilə seçkilərhəyata keçirilib.4 nəfərin sədrliyə namizədliyi irəli sürülüb və namizədlərin çıxışları dinlənilib.

 

1. Zakir Ağayev

2. Nurlan Əzizov

3.Akif Nağıyev

4. Samir Qasımov

 

Namizədlər özləri haqda məlumatlandırma xarakterli çıxışlar ediblər. Sonra Nurlan Əzizov namizədliyini Zakir Ağayevin xeyirinə, Samir Qasımov Akif Nağıyevin xeyirinə geri götürüb. Gizli səsverməyolu ilə Zakir Ağayev AKM Bayern Kordinatoru seçilib.

Müsavat AKM sədri İlham Həsən qalibi təbrik edərək fəaliyyətləri istiqamətində tapşırıqlar verib, yeni seçilən Kordinatorun simasında AKM üzvlərinə başarılar diləyərək müqəddəs Müsavatçılıq yolunda ugurlar arzu etdiyini bildirib.
(bastainfo.com)

 15727379_1074247349352948_8221077544211156115_n
15750079_1232351723513858_1957004393_n15820066_1232351843513846_1297984297_n

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300