Xaçmazdan Bakıya avtobusun qiyməti 2,55 manatdır. Amma yerli avtovağzalın müdirinin göstərişinə əsasən sürücülər tədricən gedişhaqqını qaldırıblar. İndi Xaçmaz-Bakı avtobusunda hər sərnişindən 4 manat alırlar. İş o yerə çatıb ki, həmin avtobusla yolun yarısını – Zarata qədər gedənlərdən də indi 4 manat alırlar. Halbuki, həmişə Zarat postuna qədər gedişhaqqı, Bakıya qədər olan məbləğin yarısını təşkil edib.

Bu haqda "Basta”ya Müsavatın Xaçmaz rayonundan deputatlığa namizədi olmuş Söhrab Əmrahov məlumat verib.

 "Avtobusda yer olsa da, avtovağzalın kassalarında bilet satmaqdan imtina edirlər. Çünki biletin üstünə qiymət yazıb bu qanunsuzluğa dair ortada sübut qoymaq istəmirlər. Bu problemlə əlaqədar şikayət etmək üçün avtovağzalın müdriyyəti ilə görüşmək istədim, amma yerində olmur. Rövşən adlı hüquqşünasla və avtovağzalın dispetçeri ilə görüşdüm. Hər ikisi bildirdi ki, bizim öz qanunlarımız var. Əvvəllər avtovağzalda hər şey qaydasında idi. Sonra Sadiq Ağayev adlı bir naxçıvanlını müdir gətirdilər. O gələndən qanunsuzluq baş alıb gedir, yerli sakinləri adam yerinə qoymur. Avtovağzalda Qarik adlı bir erməni var, oğlu ilə birgə burda at oynadır, müdriyyət də onların arxasındadır. Kim narazılıq edirsə, onlara rişxənd edir, "get kimə istəsən şikayət elə” deyirlər. Avtovağzalda bilet satılmadığını, burada qanunsuzluğun baş alıb getdiyini rayon rəhbərliyi də bilir, amma əlbir olduqları üçün heç bir qanun-qaydaya məhəl qoymurlar”, – Söhrab Əmrahov bildirir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300