"İşlətmədiyim data-kartlara görə borcla yüklənmişəm"

İndi hansı məhkəməyə gedirsən «Azərcell» tərəfindən eyniməzmunlu iddia ilə məhkəməyə çağrılanların gərgin və əsəbi baxışları ilı üzləşməli olursan. Vətəndaşlardan işlətmədiyi data-karta görə pul istəyən Azersel niyə məhkəmələrə üz tutur sualını dəfələrlə vesək də, hələ ki, bunun cavabını ala bilməmişik. Devalvasiyanın insanların əsəblərini tarıma çəkdiyi bir zamanda Azersellin öz abunəçilərinə qarşı bu qədər yersiz maneələr törətməsinin kökündə bir şey dayanır- Yersiz olaraq millətin cibinə girmək!
 
Miq.az olaraq bu mövzuya çox toxunmuşuq və redaksiyamıza daxil olan vətəndaşların şikayətini də dinləyib saytda dərc etmişik. Hətta Azersellden imtina edən müştərilərin də kütləvi şəkildə imtinasını yayımlamışıq. 

Bu yaxınlarda sözügedən məsələ ilə bağlı azadliq.org saytında gedən araşdırma yazısı da Azersellin qanunsuz məhkəmə çəkişmələrindən bəhs etdiyindən marağımızı cəlb etedi. Yazıda insanların yersiz məhkəmələrindən bəhs edən bu yazıda siz də görəcəkssiniz ki, şirkət vətəndaşların cibinə necə girir...


"İşlətmədiyim data-kartlara görə borcla yüklənmişəm"

«Məhkəməyə gedəndə gördüm ki, dəhlizdə «Azərcell» tərəfindən eyniməzmunlu iddia ilə məhkəməyə verilən 2-3 vətəndaş da var. Onlar da öz məhkəmələrini gözləyirdilər. Maraqlananda bəlli oldu ki, başıma gələnləri eynən onlar da yaşayıb. «Azərcell» onları aldıqları data kartlardan yararlanmadıqları halda məhkəməyə verib. İddia edir ki, guya data kartlardan istifadə olunub, ödəniş edilməyib. Bir yaşlı xanımdan işlətmədiyi data karta görə 70 manat tələb edilirdi».

«AZƏRCELL» TƏLƏB EDİR

Vasif Əsgərov 3 il öncə şəhərin telefon mağazalarının birindən «Azercell»in data-kartını alıb. Üstəlik, mağaza ona aldığının üstündə birini də hədiyyə edib. Vasif Əsgərov daş atıb başını tutur ki, aldığı data-kartları bircə dəfə də işlətməyib. Bu yaxınlarda xəbər tutub ki, «Azercell» ona qarşı Xətai Məhkəməsində iddia qaldırıb. İddiaya görə, o, həm aldığı, həm də hədiyyə olunmuş hər iki data-kartdan istifadə etsə də, ödəniş etməyib. İndi şirkət ondan 131 manat 44 qəpik tələb edir.

Vasif Əsgərov məsələni aydınlaşdırmaq üçün «Azercell»in bir neçə müştəri xidmətinə yaxınlaşıb. Müştəri xidmətlərindən ona yalnız şifahi şəkildə bildirilib ki, data-kartların heç biri işlədilməyib:

MÜŞTƏRİ XİDMƏTLƏRİNDƏN ARAŞDIRIB...

«Mən müştəri xidmətlərindən data-kartlardan istifadə etməməyim barədə yazılı sənəd istəyəndə, imtina etdilər. Dedilər, belə bir sənəd verməyə ixtiyarımız yoxdur».

«Azərcell» MMC-nin iddiasına görə, Vasif Əsgərov MMC-nin rabitə xidmətlərindən istifadə edib. Aldığı və ona hədiyyə olunmuş nömrələrin hər birindən 56 manat 72 qəpiklik internet işlədib. İki nömrəyə görə cəmi 113 manat 44 qəpik borcu yaranıb. Şirkət məhkəməyə ödədiyi 20 manat dövlət rüsumunu da üstünə gələrək Vasif Əsgərovdan 131 manat 44 qəpiyin alınıb şirkətə ödənilməsi tələbini qoyub.

MƏHKƏMƏ ÖZ QƏRARINI LƏĞV EDİB

«Azercell Telekom» MMC-dən AzadlıqRadiosunun sorğusuna cavab olaraq bildirilib ki, abunəçinin istifadəsində olan nömrələrlə bağlı hər hansı əməliyyatların aparılması yalnız özünün, və ya etibarnaməli nümayəndəsinin iştirakı ilə gerçəkləşə bilər. Qısası, şirkət sorğuya cavabda keçmiş müştəri Vasif Əsgərovun hər iki nömrədən istifadəsi ilə bağlı hər hansı dəlil-sübut olub-olmadığı barədə bilgi verməyib.

Xətai rayon Məhkəməsi «Azərcell Telekom» MMC-nin müştəri Vasif Əsgərova qarşı iddiasına bundan əvvəl bir dəfə baxıb. Hakim cavabdehin iştirakı olmadan məhkəmə keçirərək MMC-nin iddiasını təmin edib. Vasif Əsgərov bundan xəbər tutanda məhkəmə həmin qərarı ləğv edib və işə yenidən baxmaq qərarına gəlib. Bu dəfə Vasif Əsgərov da məhkəmə iclasına dəvət olunub.

 
Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300