Privolsk Federal əyalətinin rəsmisi Mixail Babiçin Türkiyəyə səfir təyin edilməsi ilə bağlı yayılan xəbərlər doğru deyil.

Axar.az xəbər verir ki, bu sözləri Kreml sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

Qeyd edək ki, Rusiyanın "Dojd” telekanalı Kremldəki mənbələrə istinadən yaydığı məlumatda Babiçin Türkiyəyə səfir təyin ediləcəyi ehtimalını irəli sürmüşdü.

Xatırladaq ki, sözügedən şəxs iyulun ayının sonlarında Ukraynaya səfir təyin edilsə də, rəsmi Kiyev Krım məsələsi səbəbindən onu "arzuolunmaz şəxs" elan edərək akreditəsindən imtina etmişdi.

Babiç SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin keçmiş işçisidir. O, bundan öncə "Antey" dövlət korporasiyası və Federal Təhlükəsizlik Xidmətinin tərkibindəki Sərhəd Xidmətinin sədr müavini olub. Babiç həmçinin 2003-2011-ci illər Rusiya Dumasının deputatı kimi fəaliyyət göstərib.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300