«Regionaz.tv»- nin qaynar xəttinə Lənkəran şəhər kiçik bazar məhllə sakinləri tərəfindən gələn zəng əmkdaşlarımızi adı çəkilən ünvana getməyə məcbur edib. Əməkdaşlarımızın qarşılaşdığı mənzərə isə bizi dəhşətə gətirdi.

Olduqca acınacaqlı şəraitdə yaşayan Lənkəran şəhər sakini Nəsirov Əbdülbağır Ağadadaş oğlunun yaşdığı həyat tərzi olub.

Biz ilk öncə elə hesab etdik ki, adıçəkilən şəxs səfil həyat tərzi sürür. Lakin qonşuların deməsinə görə bu insan, əslində normal bir insandır. Sadəcə o yaxınaları tərəfindən tərk edilməsi, onu həyatdan tədric edib.


Bəs görəsən bu neçə ildə Lənkəran şəhər icra hakimiyyəti bu acınacaqlı tale ilə üz-üzə qalan yaşlı insanla niyə maraqlanmayıb və ya maraqlanıbsa bu insan nədən belə bir vəziyətdə yaşayır?


Olmaya Rayon icra Başçısı Teleh Qaraşovun başı elə mühüm işlərə qarışib ki, belə acınacaqlı vəziyyətdə yaşayan vətəndaşdan xəbərsizdir. Və ya  bu insanın taleyi hec də rayon icra hakimiyyətin marağında deyil.


«Regionaz.Tv» olaraq,  yaranan acınacaqlı taleh ilə bağlı Lənkəran 74 saylı seçki dairəsindən seçilmiş millət vəkili Rüfət Quluyevə və Azərbaycanın qeyrətli oğullarına səslənərək bildirmək istəyirik ki, gəlin millətimizə sahib çıxaq.


Biz bu gün belə ailələrə sahib çıxmasaq, sabah dövlətimizə də sahib çıxa bilmərik. Hesab edirik ki, Azərbaycanın qeyrətli oğulları və imkanlı şəxslər 63 yaşlı acınacaqlı həyat tərzi yaşayan bu yaşlı insana əlindən gələn köməkliyi edəcəklər.

 

Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300