Dünən Belçikada azərbaycanlı siyasi mühacirlərin yaratdığı Beynəlxalq İnsan Hüquqlrı Təşkilatının təşəbbüsü ilə "Sint Ursula” İnstitutunda gənc fəallar Bayram Məmmədov və Qiyas İbrahimovun hüquqlarının müdafiəsinə həsr olunmuş tədbir keçirilib.

Təşkilatın vitse-prezidenti Həcər Abbasovanın Turan-a verdiyi məlumata görə, ali məktəbin prorektoru Petra Van Den Broeck tələbələr qarşısında çıxış edərək, Azərbaycanda siyasi motivlərlə həbs edilmiş gənc fəallar haqqında məlumat verib, onların həbs olunmasının səbəbləri barədə danışıb.

Bu gənclər narkotik ittihamı ilə 10 il müddətinə həbs ediliblər, amma əsl səbəb Heydər Əliyevin abidəsində şüar yazmalarıdır, deyə prorektor qeyd edib.

Ali məktəbin üzərində fəalların şəkilləri olan köynəklər geyinmiş tələbələri Məmmədov və İbrahimova həsr olunmuş mahnı ifa ediblər.

Abbasovanın sözlərinə görə, təşkilat digər siyasi məhbusları müdafiə aksiyaları da planlaşdırır. (contact.az)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300