Ötən gün deputat Astan Şahverdiyev mətbuata açıqlamasında Biləsuvarda məskunlaşan köçkünlərlə və Rusiyaya işləməyə gedən azərbaycanlılarla bağlı təhqiramiz ifadələr işlədib, onları "otxod” adlandırıb.

Bunun fonunda artıq iki gündür ki, etirazlara səbəb olan aşıqlamanın ardından deputat üzr istəyib, dediklərinə görə peşman olduğunu dilə gətirib. Amma bu etiraflar ona millət vəkili kimi məsuliyyətdən yaxa qurtarmasına imkan verməməlidir.

Bizimxeber.az-a daxil olan məlumata görə, yuxarı dairələrdə açıqlama olduqca ciddi müzakirə mövzusudur. Məlum gərginlik dövründə deputatın bu açıqlaması məcburi köçkünləri, Rusiyadakı Azərbaycanlı iş adamlarını, hətta milyarderləri hökümətdən narazı salma əməli qiymətləndirilə bilər.

Məlumata görə, Astan Şahverdiyev bu gün Milli Məclisə çağırılıb, ondan izahat alınıb. Həmçinin yaxın günlərdə intizam komisiyasında onun açıqlaması incələnəcək və lazımı tədbirlər görüləcək. Daha bir mənbə isə artıq onun deputat mandatının əlindən alındığını iddia edir.

Bizimxeber.az-a daxil olan məlumatda qeyd olunur ki, Astan Şahverdiyevə heç bir xəbərdarlıq edilmədən mandatı əlindən alınıb, ondan xalqdan üzr istəməsi tələb olunub.

Ümumiyyətlə, yuxarı instansiyada xalqın təhqir olunması kimi məqamlara ciddi yanaşıldığını deyən mənbə əlavə edir ki, Astan Şahverdiyevin açıqlamasında cinayət tərkibi var.


Adil

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300