Fidan Axundova:
 
Dolların bahalaşmasından sonra tanınmış aktrisa Fidan Axundovanın Facebook səhifəsindən insanları etiraz etməyə səsləyiblər.

Müraciətdə insanlar küçələrə çıxaraq narazılıqlarını etiraf etməyə çağırılır: "Niyə yatmısınız? Niyə səsinizi ancaq Facebook-da çıxarırsınız? Niyə şəhərlərə, küçələrə axışıb etirazınızı bildirmirsiniz? Bunun bir yolu var: Ağsaqqalları, ağbirçəkləri qabağa verib, gəncləri də ayağa qaldırmaq. Yoxsa daha da pis vəziyyətə düşəcəyik. Ya ölüm, ya qalım, başqa yol yoxdur artıq".

Aktirisa isə Axşam.az saytına bildirib ki, onun adından istifadə edib, saxta profil açan bir şəxsin yazdığı status müzakirələrə səbəb olub: "O mən deyiləm, mənim adımdan yazıblar. Dəfələrlə canlı efirdə demişəm, müsahibələrimdə də qeyd etmişəm ki, mən heç bir sosial şəbəkədə yoxam. 20 avqusta yerləşdiriblər ki, guya mənim yeganə Facebook səhifəm budur. Mənim heç bir Facebook səhifəm yoxdur. Hamı mənə zəng edir ki, "Bu nədir, sən belə insan deyilsən axı". Buna görə də mənim işimdə də narazıçılıq yaranıb. İndi hal-hazırda polisdəyəm, şikayət ərizəsi yazıram".(musavat.com)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300