Ümumtəhsil məktəblərinin cari dərs ilinə aid tədris planlarında qismən dəyişiklik ediləcək. Tədris planlarında dərsdənkənar məşğələlərə, fakültativ, fərdi və qrup məşğələlərinə ayrılan saatlar hesabına təşkil edilən "Həyati bacarıqlara əsaslanan təhsil" kursunun tədrisi dayandırılacaq. 

 

Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev "Xəzər xəbər”ə bildirib ki,  ilin yarısından tədris planında dəyişiklik edilməsini düzgün deyil: "Bildirir ki, bu həm də müəllimlərin dərs saatının azalması deməkdir və maaşlara təsir edəcək. Sözügedən kurs, adından da göründüyü kimi, şagirdlərə hansısa fənni yox, ümumilikdə hər sahəyə aid bilikləri öyrədir. Belə bir kursun ləğvi də düzgün deyil”.

 

Təhsil Nazirliyindən bildiriblər ki, dəyişikliyin məqsədi məktəblərdə təlim-tərbiyə prosesini ağırlaşdıran amillərin aradan qaldırılmasını və şagirdlərin həftəlik təlim yükünün optimal tənzimlənməsini, habelə beşgünlük tədris həftəsinin tətbiqində səmərəliliyin artırılmasını tətbiq etməkdir.



 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300