Gəncə şəhəri Nizami rayon icra hakimiyyətinin sabiq başçısı Məharət Mustafayev daha bir qalmaqal yaradıb

Məlumata görə, M.Mustafayev Gəncədə N saylı həbi hissənin mayor rütbəli komandiri Füzuli Nəbiyevi və Bakir Bəkirli adlı aşağı rütbəli hərbiçini döyüb. Hadisə ilə bağlı Kəpəz Rayon Polis Şöbəsində araşdırma aparılır. M.Musayevin hüquq-mühafizə orqanlarında çalışan yaxınının isə işi ört-basdır etmyə çalışdığı bildirilir.

Onu da nəzərə çatdıraq ki, M.Mustafayevə bir müddət əvvəl Göygöl rayonunun bələdiyyə sədrini döydüyünə görə, barəsində Cinayət Məcəlləsinin 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 221.1-ci (xuliqanlıq) maddələri ilə cinayət işi açılmışdı.

Bundan sonra o, dövlət başçısı tərəfindən tutduğu vəzifədən azad edilmişdi.

Hazırda M.Mustafayevin Gəncənin icra başçısı Elmar Vəliyev tərəfindən himayə edildiyi bildirilir. Mənbəmizin iddiasına görə, konflikt hərbçilərlə baş verdiyi və sonradan istintaqın Hərbi Prokurorluq tərəfindən aparılacağı bildirilir. Respublikanın hərbi prokuroru isə M.Mustafayevi himayə edən Elmar Vəliyevin qardaşı Xanlar Vəliyevdir. (reyting.az)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300