Müsavat Partiyasının üzvü Rüfət Həsənzadə polisə dəvət olunub. Rüfət Həsənzadə Müsavat başqanının müşaviri Elman Həsənovun oğludur.

Bu haqda "Basta”ya məlumat verən Elman Həsənov bildirib ki, artıq bir neçə gündür özü və ailəsi siyasi motivlə polisin təzyiqi ilə üzləşib.

"Dekabrın 21-də sahə müvəkkili, Rəşad adlı polis mayoru və Bəxtiyar Fərzəliyev adlı əməliyyatçı evə gələrək, oğlumu polis bölməsinə dəvət ediblər. Deyiblər ki, 8-ci polis bölməsinin rəisi Rəşad Əhmədzadə onunla görüşmək, nəsə soruşmaq istəyir. Oğlum qızdırma içində olduğu üçün özüm polis sahə müvəkkili və əməliyyatçı ilə görüşdüm. Soruşanda ki, rəis hansı səbəbdən oğlumu polisə çağırıb, dedilər ki, bunu bilmirlər, rəis hansısa suallar verəcək. Onlardan soruşanda, heç bir cinayət işinin olmadığını dedilər”, – Elman Həsənov bildirib.

Bundan sonra mülki paltarlı polis əməkdaşları Elman Həsənovun evini nəzarətə götürüblər.

"Dekabrın 23-də bir qrup polis əməkdaşının evimin yaxınlığında olduğunu gördüm. Onlar 717 dövlət nömrə nişanlı "Hunday” markalı maşında pusqu qurmuşdular. Onların məhz mənim oğlumu tutmaq istədiklərini dəqiqləşdirmək üçün, oğlumu dükana göndərdim. Və oğlum qapıdan çıxan kimi onlar hərəkətə keçdilər. Oğlum tez evə qayıtdı. Əmin oldum ki, oğlumu tutmaq istəyirlər. Polisə dəvət etmək üçün rəsmi çağırış vərəqəsi verməlidirlər, amma bunu etmirlər, deyirlər buna nə ehtiyac var, ortada bir cinayət işi yoxdur. Guman ki, şərləmək, cibinə nəsə atmaq məqsədi var, – Elman Həsənov bildirib.

Həmin gün axşam sahə rəisi yenidən Elman Həsənova zəng edərək onu polisə dəvət edib. Polis məntəqəsində Elman Həsnova deyiblər ki, guya onun oğlu həmin gün saat 15:40-da avtoqəza törədib. Guya YPX əməkdaşları ondan sənəd tələb edəndə, onları təhqir edib.  

"Onlara dedim ki, oğlumun maşını yoxdur. Dedim ki, oğlum bütün günü qızdırma içində gözümün qabağında olub, evimin ətrafında da polislər keçik çəkib. Gah dedilər ki, avtoqəzanın görümtüləri var, gah dedilər qəzanı başqa adamın maşını ilə törədib. Onlardanm görüntüləri istəyəndə dedilər, sonra göstərərik. Amma bütün bu mübahisələrdən sonra dedilər ki, gedib rəisə desin qəzanı törədən mən olmamışam. Dedilər avtoqəza olmasa da, gedib bir rəislə görüşsün”, – Elman Həsənov bildirir.    

"Mən fəal müsavatçıyam, bunu heç yerdə gizlətmirəm, tənqidi çıxışlarım, yazılarım olur. Hesab edirəm ki, məni susdurmaq, qorxutmaq üçün, oğlumu şərləmək istəyirlər”, – Elman Həsənov bildirir.

Məsələ ilə əlaqədar əməliyyatçı Bəxtiyar Fərzəliyevlə əlaqə saxladıq. Bəxtiyar Fərzəliyev bildirdi ki, Rüfət Həsənzadənin polisə çağırılması hansısa cinayət işi ilə əlaqədar deyil.

"Onu başqa bir işə görə çağırmışıq. Atası dedi ki xəstədir, biz də dedik nəvaxt sağılsa gətirib gələrsiz”. "Başqa bir iş” deyildikdə nəyin nəzərdə tutulduğu barədə suala cavab verilmədi.

Sahə müvəkkili məsələ ilə bağlı sualımızı cavablandırmaqdan imtina etdi.

8-ci polis bölmənin rəisi Rəşad Əhmədzadə ilə əlaqə saxlaya bilmədik.

 

Mustafa Hacıbəyli, bastainfo.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300