İŞİD terror təşkilatının iki türk hərbçisini diri-diri yandırdığı video müzakirələrə səbəb olub. Fetih Şahin və Sefer Taş adlı hərbçilərin edamının əks olunduğu video internetdə çoxsaylı istifadəçilər tərəfindən izlənib.

 

İŞİD üzvlərinin bir müddət əvvəl əsir götürdükləri əsgərləri zəncirlədikdən sonra Hələb yaxınlığında yandırdığı bildirilir. Amma sözügedən videonun həqiqəti əks etdirmədiyini düşünənlər də var.

 

Rejissor-prodüser Fehruz Şamıyev Teleqraf.com-a açıqlamasında bildirib ki, sözügedən video montajdır: "Çünki materialda əsgərlərin yandığı görünmür. Bunun planlaşdırılmış çəkiliş olduğu açıq aydındır. Hətta çəkilişdə peşəkarlıq da hiss olunur”.

 

Ekspert kadrların səliqə ilə montaj olunduğunu deyib: "Kadrlar ümumi plandan iri plana keçid edir. Bir kadrda əsgərin əli göstərilir, o birində isə əsgərlər iməkləyən halda kadra girir. Əsgərləri yandırırlar, ancaq heç bir reaksiya yoxdur, heç yerlərindən belə tərpənmirlər”.

 

Prodüserin sözlərinə görə, sözügedən çəkiliş real olsaydı, montaj olunmadan internetə yerləşdirilərdi. 

 

Media eksperti Zeynal Məmmədlinin fikrincə, bu videonun montaj və saxta olub-olmamasından asılı olmayaraq, media zorakılıq səhnələri əks edilən videoları yaymaqla, əslində, İŞİD-ə kömək edir: "Gerçək və ya qurama olmasına baxmadan media belə videoları yayan zaman diqqətli və məsuliyyətli olmalıdır. İŞİD-in əsgərləri yandırmaq metodu yayğındır. Peşəkar və məsuliyyətli kütləvi informasiya vasitələri terrorun təşviqatçısına çevrilməməlidir. Sanki insanlara göstərilir ki, baxın İŞİD necə cinayət törətdi. İnsanlar bu görüntülərlə zorakılığa alışır”.

 

Nərgiz

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300