39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsinin seçiciləri bərk narahatdır. Onlar deyirlər ki, deputat Xanlar Fətiyevdən səs-səmir gəlmir. 

Seçicilər nigarandırlar ki, millət vəkili işıq-qaz pulunu ödəməyə, bayramqabağı bazarlıq etməyə imkan tapırmı ya yox. 


Bu barədə Politika.Az-a yazan seçicilər qeyd edirlər. Onların sözlərinə görə, X.Fətiyevin biznes fəaliyyəti seçicilərlə maraqlanmağa imkan vermir. Gəncə sakinləri bildirirlər ki, deputat əhalinin yox, biznesinin vəkilidir. 

O, 1994-1997-ci illərdə "Elruz” kiçik müəssisəsində sədr, 1997-2003-cü illərdə "Avestas” firmasının baş direktoru, 2003-2004-cü illərdə "Aznur” MMC-nin baş direktoru vəzifələrində çalışıb. 

2004-cü ildən bu günə kimi isə "Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri vəzifəsində işləyir. 39 saylı Kəpəz birinci (Gəncə) Seçki Dairəsindən Milli Məclisə deputat seçilib. Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin üzvüdür. 

Xanlar Fətiyevin Gəncə şəhəri ilə yanaşı, Bakıda da biznes şəbəkəsi yarada bilib. Belə ki, onun paytaxtın Yasamal rayonunda bir neçə iri biznes obyekti var. 

Deputat olduğu müddətdə Bakıda özünə iri biznes strukturları qurmağa müvəffəq olan deputatın Yasamal və Nəsimi rayonlarında bir neçə apteki və digər obyektləri fəaliyyət göstərir. 

Politika.Az xəbər verir ki, Fətiyevin deputat olduğu bu müddət ərzində bircə dəfə olsun parlamentin iclaslarında çıxış etməməsi seşçiciləri tərəfindən həmişə qınaqla qarşılanıb. Maraqlıdır, görəsən, deputat niyə danışmır? 

Məgər, onun mətbuat vasitəsilə seçicilərinə, ictimaiyyətə, geniş auditoriyaya deyəcək sözü yoxdurmu? Yoxdur, çünki deputatı seçicilərinin problemi deyil, sahib olduğu milyonların gələcək taleyi düşündürür. 

Mətbuatda isə Fətiyevin bir neçə açıqlamasına rast gəlmək olar ki, bu da "Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi və "Kəpəz” futbol klubu ilə bağlıdır. 

Bu məsələ onun üçün daha çox önəm daşıyır. Ona görə də biznesinin və əldə etdiyi milyonların gələcək taleyi onu daha çox narahat edir. 

Xanlar Fətiyevin daha bir "keyfiyyəti” Kür çayından Gəncə Avtomobil Zavoduna, eləcə də Avtomobilçilər qəsəbəsinə gələn 10 kilometrlərlə iri diametrli dəmir boruların satılaraq mənimsənilməsi zamanı üzə çıxıb. 

Amma Gəncə Avtomobil Zavodu bu günə kimi ayrılan külli miqdarda investisiyaya baxmayaraq, müəssisə müstəqil olaraq heç bir maşın növü istehsal edə bilməyib. 

Ötən il ərzində zavodda 1000-ci traktor konveyerdən çıxsa da, "Aqrolizinq” ASC ilə aralarında bağlanmış 35 milyon manatlıq dəyərində 500 ədəd traktorun qiymətlərini süni olaraq şişirtməklə 10 milyondan çox vəsaitin mənimsənildiyi iddia olunur.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300