Dekabrın 23-də Beynəlxalq Mətbuat Mərkəzində Bütöv Azərbaycan Hərəkatının təşəbbüsü ilə "Güney Azərbaycanda son durum və milli vəzifələrimiz" adlı konfrans keçirilib. 

Bu barədə Musavat.com-a a konfrans iştirakçıları məlumat veriblər. Məlumatda deyilir ki,  konfransda bir neçə məruzələr edilib. 

"İran Parlamentində Türk fraksiyasının yaradılması və milli vəzifələrimiz" adlı məruzə ilə BAH sədri , filosof alim Yasəmən Qaraqoyunlu, "İran-Ermənistan əlaqələri və Milli strategiyamız" adlı məruzə ilə politoloq Elxan Şahinoğlu, "1946-cı ilin dekabrında Təbrizdə Millətimizə qarşı aparılmış milli –mədəni soyqırım" adlı məruzə ilə isə Güney Azərbaycan Konqresinin sədri Abdulla Əmir Haşimi Cavanşir çıxış ediblər.   

BAH sədri Yasəmən Qaraqoyunlu məruzəsində qeyd edib ki, İran İslam Şurası məclisində Türk Fraksiyaının yaradılması nəticəsində 1925-ci ildən etibarən yeridilən Fars kimliyinə əsaslanan "Tək millət , tək dövlət" ideyası fiaskoya uğradı. Dolayısıyla rəsmi şəkildə İranın çox millətli dövlət olduğu etiraf edildi. Eyni zamanda 90 ildir İran-fars stratejistlərinin Türk Milli kimliyində kimlik bunalımı yaratmaq məqsədilə ortalığa atdığı saxta "Azəri" kimliyi də fiaskoya uğradı. Türk kimliyi, Türkçülük, Milli Hərəkatın sahibləndiyi əsas ideyadır.

 Lakin"Azəri kimliyi"və "Tək millət, tək dövlət " siyasətində uğursuzluğa düçar olan İran-Fars dövləti Türkiyə,Türküstan, Güney Azərbaycan,Quzey Azərbaycan türkləri arasında bölücülük aparmaq məqsədilə yeni siyasi paradiqmalar və problemlər yaradırlar. İnqilab mühafizəçisi komandiri Cavad Cəfərinin Hələbdəki türklərlə bağlı yanaşması bu siyasətin bəlirtiləridir və bu gələcəyə hesablanmış siyasətdir. Hədəf isə  İran türkləri ilə Türkiyə-Azərbaycan türkləri arasında ayrıseçkilik açmaq və beləliklə Milli Hərəkatımıza zərbə vurmaqdır. Başqa bir paradiqma isə "Vahid Plüralist İran" siyasəti formalaşdırmaqdır. Yəni İranın çox millətli ölkə olması etiraf olunsa da, bütün İran xalqları arasında vahid İran millətçiliyinin formalaşdırılması planlaşdırılır.  Bu nəzəriyyədə  İranın çox millətli olması etiraf olunur, lakin eyni coğrafiya,eyni tarix,eyni din ,eyni  mədəniyyət ətrafında İran xalqlarının birləşdirilməsi hədəf alınır. İran Parlamentində Türk Fraksiyasının yaradılmasına da Həsən Ruhani hökuməti bu şərtlər  daxilində icazə vermişdir. Lakin Milli hərəkatımızın da Türk Fraksiyasından yararlanma siyasəti formalaşmalıdır.  

Türk dilinin dövlət dillərindən biri olması, Urmiya bölgəsinin kürdləşdirilməsinin qarşısının alınması, İranın Ermənistanı dəstəkləməsinin qarşısının alınması, Qarabağ müharibəsində İranın ermənipərəst siyasətinin önlənməsi kimi məsələlərdə Türk fraksiyası böyük rol oynaya bilər. Buna görə də biz də bu Fraksiyanın varlığından maksimum yararlanmağa çalışmalıyıq. 
 Sonra məruzələr ətrafında çıxışlarda DAK həmsədri Sabir Rüstəmxanlı, AMİP lideri Etibar Məmmədov, Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədli, politoloq Vasif Əfəndi, Milli Mədəniyyətin təbliği İB-nin sədri Jalə Cəfərova, flosif alim Faiq Ələkbərov, jurnalist Sərdar Əlibəyli,  Nəriman Qəhrəmanlı və başqaları öz nəzərlərini bildiriblər. 

Konfransda İranda Türkdilli deputatlar fraksiyasının təşkil olunması haqda fərqli mövqelər səslənsə də, güneyli milli fəalların azadlığa buraxılması, xüsusilə aclıq aksiyasının 60 -cı gününü keçirən Mürtəza Muradpurun nigaranedici durumu ilə bağlı ortaq fikirlər ifadə edilmişdir.


 


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300