Qarabağ döyüşçüləri etiraz akasiyası keçiməyə hazılaşır. Bu haqda Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri, Qarabağ müharibəsi əlili Xaqani Rzaquliyev məlumat verib.

O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən onlara olan borcun ödənilmədiyinə görə, bu addımı atmaq məcburiyyətində qaldıqlarını deyib:

"Aylardır ki, fəhləliklə qazandığımız pulu, həm bizim sosial müdafiəmizə, həm də işçilərin hüquqlarını müdafiə etməyə borclu olan bir nazirlikdən ala bilmirik. Nazirliyin 18 nəfər müharibə veteranı və müharibə əlilinə 34 min manat əmək haqqı, 20 min manat isə mal-materiala görə borcu yaranıb. Öz halal əmək haqqımızı ala bilmək üçün 2015-ci ildən qapılardayıq”.
Müharibə əlili borcun sabiq nazir Fizuli Ələkbərovun vaxtından yarandığını bildirib:

"Sabiq nazirə məxsus öncə "Bazis İnşaat” MMC, sonra isə "İnşaat Plyus” MMC-nin apardığı Protezləşdirmə-Ortopedik Mərkəzinin təmirində gördüyümüz iş və xidmətlərə görə əmək haqlarımızı hələ də ala bilmirik. 2 dəfə şirkət rəhbərliyinin, 2 dəfə nazirin, 22 dəfə nazirin göstərişinə əsasən əmək müfəttişinin qəbulunda olmuşuq. İl ərzində büdcə gileylərini dinləyib,”təki dövlətimiz yaşasın” deyib dözdük. Amma son gedişimiz zamanı bu nazirliyin bir kommersiya qurumuna çevrildiyini görüncə, ötür-ötür "karuseli”ndən düşməyi qərara aldıq. Çünki artıq iş yoldaşlarımız belə, mənim büdcə söhbətlərimə inanmadılar. Onların da təklifi ilə vətəndaş hüququmuzdan istifadə edərək "Sərbəst toplaşmaq haqqında” Qanunun müddəalarına uyğun olaraq 28 dekabr 2016-cı il tarixdə "Azad qadın” heykəli qarşısında toplaşaraq,  öz şikayətimizi ictimailəşdirmək qərarına gəlmişik. Səbəb çox ilgincdi. Sən demə vəzifə dəyişəndə özəl şirkət də əl dəyişirmiş. Aksiya ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə də müraciət etmişik”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məsələ ilə bağlı Modern.az-a verilən məlumata görə, bir qrup şəxsin "Bazis İnşaat” MMC, sonralar "İnşaat Plyus” MMC tərəfindən işlərə cəlb olunması, lakin əmək haqlarını və mal-materiallara görə borclarını ala bilməmələri ilə bağlı Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə ilk dəfə 2015-ci ilin dekabr ayında  müraciət edilib:

"Müraciət araşdırılarkən məlum olub ki, həmin şəxslər "Bazis İnşaat” MMC, sonralar "İnşaat Plyus” MMC tərəfindən əslində heç bir əmək müqaviləsi bağlanılmadan işlərə cəlb ediliblər.  Əmək müqaviləsi bağlanılmadan işlərə cəlb edilmələrinə baxmayaraq, bu barədə işlər görüldükdən xeyli sonra, qeyd olunduğu kimi, 2015-ci ilin dekabr ayında  Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət ediblər. Həmin vaxt qüvvədə olan İnzibati Xətalar Məcəlləsinin müvafiq tələblərinə əsasən isə inzibati xətalara görə inzibati tənbeh inzibati xətaların aşkara çıxarıldığı gündən ən geci iki ay keçənə qədər verilə bilərdi. Hazırkı Məcəllədə isə bu müddət 3 ay nəzərdə tutulub”.
Nazirlikdən verilən məlumata görə, narazı şəxslər əmək müqaviləsi olmadan işlədikləri vaxtdan bir ildən də çox, yəni qanunvericilikdə müəyyən olunmuş müddətdən artıq vaxt  ötdükdən sonra müraciət etdiklərinə görə aidiyyəti hüquqi şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi mümkün olmayıb:

"Ona görə də "Bazis İnşaat” MMC, sonralar "İnşaat Plyus” MMC ilə bir qrup şəxs arasında mübahisə yarandığı üçün həmin şəxslərə qanunauyğun olaraq məhkəməyə müraciət etmələri tövsiyə edilib”.//bastainfo.com

 

 

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300