Türkiyə Silahlı Qüvvələri Suriyanın Əl Bab şəhərində yerləşən İŞİD-in qərargah binası məhv edib.
Axar.az xəbər verir ki, aralarında terrorçuların rəhbərlərinin də olduğu 18 İŞİD-çi öldürülüb.
"Fərat qalxanı" əməliyyatı çərçivəsində keçirilən hava əməliyyatı nəticəsində İŞİD-in Əl Babdakı qərargah binası yerlə-yeksan edilib.