Bu gün Bakının Xətai rayonun Fəzail Bayramov 11/56 ünvanında Milli Məclisin deputatı İqbal Məmmədov qalmaqal yaradıb.

Gununsesi.info-nun hadisə yerində olan əməkdaşının xəbərinə görə, deputat adıçəkilən ünvanda "Sahil-D” Company şirkətinin inşa etdiyi yaşayış binasına daxil olaraq orada mənzil aldığını və həmin mənzil üçün qapı gətirdiyini deyib. Lakin binanın mühafizəçisi RamazanPriyev deputata şirkətin icraçı direktoru Adil Hüseynovu gözləməyi məsləhət görüb. Mühafizəçinin bu sözündən qəzəblənən deputat ona yaxınlaşaraq, sillə ilə üzünə bir neçə dəfə vurub və təhqir edib.

Deputatın təhqirlərini və zorakılığını seyr edən Ramazan Priyev çıxış yolunu DİN-nin 102 xidmətinə zəng etməkdə görüb.

Hadisə yerinə polis əməkdaşları gələrkən, İqbal Məmmədov 10 AA 715 dövlət nömrə nişanlı "Mercedes” markalı avtomobilinə əyləşərək, oranı tərk edib.

Gununsesi.info-nun əməkdaşı deputatın özü ilə əlaqə saxlayıb. Əvvəlcə olayı təkizb etməyə çalışan İqbal Məmmədovla söhbətimizi olduğu kimi təqdim edirik:

-İqbal müəllim, sizin bir neçə dəqiqə əvvəl vətəndaşı döyməyinizlə bağlı nə deyə bilərsiniz? Nə baş verdi ki, vətəndaşa əl qaldırdınız?

–Kim deyir, bunu sizə? Belə bir şey olmayıb. Deputat niyə vətəndaşı vurmalıdır? Mənim heç nədən xəbərim yoxdur.

-Amma sizin bir neçə dəqiqə əvvəl Xətai rayonun Fəzail Bayramov 11/56 ünvanında olmağınızı əks etdirən fotolar, şahidlər var. Həmçinin, DİN-in 102 xidmətinə zəng olunub…

–Mən oraya bir dostumla getmişəm. Söhbət edib qayıtmışam…

-O zaman polis niyə gəlib, həmin əraziyə?

–İndi onlar böhtan atır. Sizə də məsləhət görürəm ki, burada yazılacaq nəsə yoxdur. Gedin başqa mövzulardan yazın..

P.S.Yazı saytımızda yayıma hazırlanarkən deputatın döydüyü Ramazan Priyev redaksiyamızla əlaqə saxlayıb.

O, bildirib ki, İqbal Məmmədov şirkətin icraçı direktoruna zəng edərək, yenidən onları hədələyib:

"Zəng edib bildirir ki, əgər bu məsələ mediaya çıxacaqsa, Ramazan Priyevi həbs etdirəcəm”.

Mövzunu diqqətdə saxlayacağıq. 

iqbaliqbal1  iqbal3

Elmar Elnuroğlu

Mayil Ağaxanov

Gununsesi.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300