Dekabrın 22-də Şirvan Apellyasiya Məhkəməsində  prokurorluq orqanlarından könüllü olaraq istefa verən sabiq müstəntiq Rüfət Səfərovun cinayət işi üzrə apellyasiya şikayətinə baxılıb.


Gununsesi.info-nun məlumatına görə, prosesdə R. Səfərovun vəkili Bəhruz Bayramov çıxışında qeyd edib ki,  müdafiə etdiyi şəxsə qarşı irəli sürülən ittihamların hamısı saxta və quramadır.

B.Bayramov bunu təsdiqləyən faktları məhkəmənin diqqətinə çatdırıb.

Daha sonra prosesdə çıxış edən R. Səfərov isə bildirib ki, istefasından sonra ona qarşı qanunsuz olaraq cinayət işi açılıb:

"Mən heç vaxt rüşvət almamışam. Əgər rüşvətə meyilli biri olsaydım, istefamı bir neçə gün ləngidərdim. Hətta, belə maddi marağım olsaydı, ilin sonunu gözləyərdim.  Prokurorluq tərəfindən mənə yazılacaq pul mükafatını,  məzuniyyət və tibbi müayinə üçün veriləcək pulu  alardım. Lakin mən bütün bunlara 10 gün qalsa da,  gözləmədim. Könüllü olaraq, prokurorluq orqanlarından istefa verdim.  Əgər mən 10 gün gec istefa versəydim, ən azı 5 min manat  pul alacaqdım.  Bu, onu göstərir ki,  mən heç vaxt pul barəsində düşünməmişəm. Pul mənim üçün əsas meyar olmayıb”- deyə, sabiq müstəntiq çıxışını bitirib.

Çıxışlar bitdikdən sonra məhkəmə müşavirəyə gedib.

Məhkəmə apellyasiya şikayətini təmin etməyib, R.Səfərovun barəsindəki 9 il azadlıqdan məhrumetmə cəzasını qüvvədə saxlayıb.

Prosesi izləyənlər arasında  ABŞ-ın Azərbaycandakı səfirliyinin əməkdaşları, o cümlədən, R.Səfərovun Hüquqlarını Müdafiə Komitəsinin sədri Eldəniz Quliyev, "Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı və digər ictimaiyyət nümayəndələri də olub.

Qeyd edək ki,  sentyabrın 8-də Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zərdab Rayon Prokurorluğunun sabiq müstəntiqi R. Səfərov 9 il azadlıqdan məhrum edilib.  Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəisi Eldar Sabiroğlunun oğlu R. Səfərov 2015-ci ilin dekabr ayında baş prokuror Zakir Qaralova ərizə yazaraq, Zərdab Rayon Prokurorluğunun müstəntiqi vəzifəsindən istefa verib. O, ölkədəki kütləvi ədalətsizliyə və atasına qarşı haqsız hücumlara etiraz əlaməti olaraq belə addım atdığını vurğulayıb.

Onu da qeyd edək ki, R. Səfərov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilib. Bu il yanvarın 15-də Binəqədi rayon Məhkəməsinin qərarı ilə R. Səfərov barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Həmin qərardan məhkəməyə müraciət olunaraq həbs qərarının ev dustaqlığı ilə əvəz olunması istənilib. Yanvarın 22-də onun müraciətinə Binəqədi rayon Məhkəməsi tərəfindən baxılıb və barəsində seçilmiş həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.

Sentyabrın 8-də Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R. Səfərov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən apellyasiya şikayəti verilib.


eldarsabiroglu

15682922_325334007866115_1653191281_n15683371_325336831199166_779371730_n


Gülnaz Qənbərli, gununsesi.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300