İlkin Əhmədov: "Baş bankirin oğlu hərbi hissəyə ilk dəfə Audi Q7 ilə gəlmişdi”

Jurnalist dostumuz İlkin Əhmədov Mərkəzi Bank rəhbəri Elman Rüstəmovun oğlu ilə maraqlı bir status yazıb. JAM.AZ xəbər verir ki, Facebook səhifəsində yazdığı statusunda Əhmədov başına gələnləri nəql edib. 

Jurnalistin yazdıqlarını olduğu kimi təqdim edirik: "Elman Rüstəmovun oğlu mənim əsgərim olub. Cəliləbadda yerləşən N saylı hərbi hissə, 2007-ci ilin iyul çağırışı, Artilleriya divizionunun 3-cü batareyasının İdarəetmə tağımının əsgəri... Hərbi andı içməyə qədər gəlmişdi, ardınca MOİK-ə ezam olunacaqdı digər məmur övladları kimi. 

Yadımdadır ki, o hərbi hissəyə ilk dəfə Audi Q7 ilə gəlmişdi. Təbii ki, özü yox, sürücüsü sürürdü. Maşını Qərargahın qarşısında saxlatdırıb sağa-sola, sonra komandirə baxıb dedi: "Əmi, bura da pis deyil a, bəlkə burada qalım, SKA-ya getməyim?"

Baş bankirin oğlunun əmi deyə müraciət etdiyi komandir Qarabağda qızğın döyüşlərin getdiyi vaxtda 5 əsgəri ilə silahlı emrəni dığalarının mühasirəsindən çıxan tabor komandiri idi. Mühasirədən çıxan zaman dizindən güllə yarası almışdı.

İndi də Elman Rüstəmov deyir ki, dəbdəbəli malların idxalını məhdudlaşdırmaq lazımdır. A bəy, sənin oğlun 2007-ci ildə Q7 sürürdüsə, indi yəqin vetrolyotda gəzir! Dünyanın maliyyə mərkəzi hesab olunan Wall Street-də oturanlar işə qiyməti maksimum 20 min dollar olan maşında gəlir, Elman bəy son model BMW-də”.(JAM.AZ)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300