2016-cı il yanvarın 13-də yeni yaradılan Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinə baş direktor təyin edilmiş Vüsal Kərimlinin keçmişi ilə bağlı ilginc məlumatlar yayılıb.
 
Uluyol.info xəbər verir ki, "Yeniçağ”ın apardığı araşdırmalardan məlum olur ki, V.Kərimli Lənkəran Özəl Türk Liseyinin məzunudur. 2014-cü ildə qəfildən bağladığı "Facebook" səhifəsində Gülən camaatının imamlarının da aktiv iştirakı ilə FETÖ-nün təbliği ilə məşğul olub. Liseydə oxuduğu illərdən başlayaraq gülənçilərin Azərbaycandakı özəyinin rəhbərliyinin ciddi nəzarətində olan Vüsal Kərimli daha sonra FETÖ-yə sədaqət üçün keçdiyi bütün sınaqlardan müvəffəqiyyətlə çıxaraq gizli təriqətin ən inamlı müridlərindən birinə çevrilib. Sayt iddia edir ki, Azərbaycanda FETÖ üzvlərinin təsir dairəsində olan bir çox strukturlarda çalışan Vüsal Kərimli daha sonra qarşısına daha böyük tapşırıqlar qoyularaq dövlət idarə sisteminə sızdılırlıb. Nəqliyyat sistemi ilə əlaqəli olan bir neçə firmada menecer kimi işləyən gənc FETÖ-çü 2014-cü ildə Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə Bakı meriyasının nəzdində yaradılan yeni nəqliyyat şirkətinə, "BakuBus" MMC-yə rəhbər təyin edilib. 

Daha sonra yazılır ki, Bakıda keçirilən I Avropa Oyunları zamanı BakuBus" MMC-nin sürücüsünün avtobusla xarici idmançıları vurmasından sonra ciddi problemlər yaşayan Vüsal Kərimli FETÖ özəyinin səyləri nəticəsinndə öz yerini qoruyub saxlaya bilib. 2015-ci ilin dekabr ayında isə Bakı Nəqliyyat Agentliyinin yaradılmasından sonra bu quruma rəhbər təyin edilib. Qurum yaradılarkən Nəqliyyatın İntellektual İdarə edilməsi Mərkəzi kimi mühüm bir sahə də bu agentliyə, yəni gənc FEETÖ-çünün ixtiyarına veriliv. Artıq paytaxt nəqliyyatı və nəqliyyatı tənzimləmək üçün qurulmuş nəhəng kamera-müşahidə şəbəkəsi Vüsal Kərimlinin nəzarətindədir.

Məlumata görə, Kərimli bu sahələrə nəzarəti ələ keçirən kimi Agentlikdəki və NİİM-dəki əsas vəzifələrə Gülən camaatının Azərbaycandakı özəyinin ən fəal üzvlərini təyin edərək bu mühüm sahə üzərində gizli təriqətin mütləq hakimiyyətini bərqərar edib. NİİM-in imkanlarını nəzərə aldıqda isə camaatın əlində hansı imkanların olduğunu təsəvvür etmək bir o qədər də çətin deyil. Dövlət rəhbərliyinin, ölkəmizə səfərə gələn yüksək səviyyəli qonaqların, dövlət və hökumət başçılarının kortejlərinin hərəkət istiqaməti, marşrutları, onları müşayiət edən mühafizənin avtomobilləri, təhlükəsizlik tədbirlərinin görüldüyü ərazilər və sahələr haqqında tam, detallı, müfəssəl informasiyanın yığıldığı bir qurumun bu təhlükəli təriqətin az qala nəzarətindədir. 

Vüsal Kərimlinin 2014-cü ildə, "BakuBus" MMC-yə rəhbər təyin edildikdən sonra tələsik bağladığı "Facebook" profilindən bir neçə paylaşımın surətini təqdim edirik:
 



Xatırladaq ki, prezident İlham Əliyev 2015-ci il dekabrın 21-də Bakı şəhərində nəqliyyat sahəsində islahatların keçirilməsinə dair əlavə tədbirlər haqqında fərman imzalayıb. Fərmana əsasən, Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi yaradılır və Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) də Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarılaraq yeni qurumun tabeliyinə verilir. Fərmanla, həmçinin, faktiki olaraq, Nəqliyyat Nazirliyinin tabeliyində olan Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin bəzi səlahiyyətləri də Bakı Nəqliyyat Agentliyinə verilir.

Bakı Nəqliyyat Agentliyinə baş direktor təyin edilən Vüsal Kərimli bundan əvvəl "BakuBus" MMC-nin direktor müavini vəzifəsində çalışıb. "BakuBus" MMC 2014-cü ilin aprelində Nazirlər Kabinetinin qərarı ilə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində özünümaliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərən, payları dövlətə məxsus şirkət kimi yaradılıb və hazırda da fəaliyyətini davam etdirir.
 
Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300